Bu gün, noyabrın 6-da Qori bələdiyyəsinin Kirbali kəndi yaxınlığında Rusiya hərbçiləri qanunsuz şəkildə saxlamağa çalışarkən yerli sakin Tamaz Qinturini qətlə yetiriblər. Tamaz Qinturi xüsusi təyinatlıların keçmiş üzvü və 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsinin veteranı olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, atışma işğal olunmuş ərazidə baş verib.
“Yerli sakinin qanunsuz həbsinə cəhd zamanı Rusiya işğalçı qüvvələrinin açdığı atəş nəticəsində Gürcüstan vətəndaşı həlak olub, bir vətəndaş isə qanunsuz olaraq saxlanılıb”, - DTX-nın bəyanatında deyilir.
İşğalçı qüvvələr tərəfindən qanunsuz olaraq saxlanılan Levan Dodiaşvilidir. Ehtimal olunur ki, o, Tsxinvalinin istintaq təcridxanasına təxliyyə olunub.
Şida Kartli Polis İdarəsi Tamaz Qinturinin qətli və Levan Dodiaşvilinin qaçırılması ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və qanunsuz azadlıqdan məhrum etmə maddəsi ilə 109 və 143-cü maddələri ilə istintaqa başlayıb.
“Kirbali kəndi yaxınlığında baş verənlər oradaki çətin təhlükəsizlik mühitini bir daha təsdiqləyir və işğalın ağır nəticələrindən danışır, təəssüf ki, Gürcüstan hakimiyyəti ilə bərabər mülki vətəndaşlar da bununla üzləşməli olurlar”, - baş nazir nazir İrakli Ğaribaşvili Kirbali kəndində yerli sakinin rus hərbçiləri tərəfindən qətl edilməsini bu cür şərh edib.
“Bu ağır faciə ilə bağlı mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm. Bu çətin anlarda dövlət onların yanındadır. Sözügedən hadisə ilə bağlı bütün müvafiq mexanizmlər işə salınıb, beynəlxalq tərəfdaşlar məlumatlandırılıb. İşğalçı qüvvələr tərəfindən qanunsuz saxlanılan daha bir Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün fəal iş aparılır. Biz beynəlxalq ictimaiyyəti hadisəyə müvafiq qiymət verməyə və reaksiya verməyə, eləcə də işğalçı rejimin nümayəndələrini təqsirkarın müəyyən edilərək cəzalandırılması üçün bütün tərəflərlə əməkdaşlığa çağırırıq”, - baş nazir qeyd edib.
Prezident Salome Zurabişvili Gürcüstan vətəndaşının qətlini şərh edib. “Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz şəkildə saxlanılarkən Gürcüstan vətəndaşının qətlə yetirilməsinə dərin narahatlıq duydum.
Gürcüstan dövlətçiliyinə qarşı bu qəddar hücum “əqidə qardaşı”nın əsl simasını bir daha ortaya qoyur.
Mən təcili olaraq beynəlxalq ictimaiyyəti bütün beynəlxalq normaları açıq-aşkar və həyasızcasına pozan Rusiyanın hərəkətlərini birmənalı şəkildə pisləməyə çağırıram”, - Salome Zurabişvili “X” (keçmiş “Twitter”) sosial şəbəkəsində yazıb.
Yerli əhalinin sözlərinə görə, qətl Lomisidəki Müqəddəs Qiorqi kilsəsinin yaxınlığında baş verib. Bu, qapısı işğalçı qüvvələrin nümayəndələri tərəfindən qısa müddət əvvəl qalay lövhə ilə bağlanan məbəddir. Avqustun 28-də anti-işğal hərəkatının lideri Davit Katsarava bu faktı əks etdirən foto yayıb.
Kirbali kəndi Qori şəhərindən 30 kilometr aralıda yerləşir və 500 nəfərə yaxın əhalisi var. 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş verən müharibədən sonra kənd qəbiristanlığı və yüzlərlə hektar ərazi işğal xəttindən o tayda tapılıb.
Kirbali Qori bələdiyyəsinin işğal xəttinə yaxın kəndlərdən ən təhlükəlisi hesab olunur. Kənddə demək olar ki, ailə üzvlərindən biri rus hərbçiləri tərəfindən saxlanılaraq Tsxinvali təcridxanasına təxliyyə olunan tək bir ailə belə qalmayıb. Rus əsgərləri yerli sakinləri mal-qaralarını otararkən, odun gətirmək üçün meşəyə gedərkən və ya kilsədə dua edərkən saxlayırlar.
Bir neçə gün əvvəl, oktyabrın 26-da Patriarxlığın ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri, dekanoz Andria Cağmaidze məhz bu kilsə haqqında demişdi ki, Rusiya hərbçiləri kilsənin qapısını orada kimsə Gürcüstan bayrağını dalğalandırdıqdan sonra bağlayıblar.
“Bir sözlə, bir az əvvəl o məbəddə baş verənləri sizə danışacağam. Bir müddət əvvəl ora keçmək mümkün idi. Bu il də zəvvarlarımız, ruhanilərimiz gedirdi, amma
orada kimsə Gürcüstan bayrağını dalğalandırdı ki, bu da rus hərbçilərinin daha sərt tədbirlər görməsinə səbəb oldu - qapını bağladılar və girişi məhdudlaşdırdılar.
Qori rayonunda bir neçə belə məbədimiz var”, - deyə Yaqmaidze bildirib.
Xatırladaq ki, oktyabrın 24-də Duşetinin Mleti kəndinin sakinləri video yayıblar və oradan rus əsgərlərinin Mtiuletidəki Lomisi silsiləsində yerləşən Müqəddəs Qiorqi kilsəsinin həyətində olduqları və ərazidə dronlardan və digər avadanlıqlardan istifadə edərək kəşfiyyat işləri apardıqları görünür.
Ertəsi gün Andria Cağmaidze Lomisi məbədinə gedib və ictimaiyyəti vəziyyəti gərginləşdirməməyə çağırıb. “Qori rayonunda olan Lomisi məbədinin olduğu vəziyyətə aparıb çıxarmayaq. Orada gürcü bayrağını ehtiyatsız, ölçüyəgəlməz, guya vətənpərvərlik adı altında və pafosla dalğalandırdılar və məbəd tamamilə bağlandı. Heç kimin etmək imkanı da yoxdur. Bu ehtiyat zonasıdır. Bu, işğal olunmuş ərazinin sərhəd zonasıdır”, - Caqmaidze bildirib.
Yerli keşiş Davit Burduli rus əsgərlərinin daim onlara baş çəkdiyini, heç bir gərginlik yaratmadıqlarını və həmişə “ilıq və sevgi ilə getdiklərini” bildirib.