Rus qanunu əleyhdarları Qəhrəmanlar Meydanını bağlayıblar

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rus qanununa qarşı parlamentin yaxınlığında toplaşan minlərlə nümayişçi Qəhrəmanlar Meydanına doğru hərəkət edib, nəticədə bütün istiqamətlərdə nəqliyyatın hərəkəti iflic olub.

Saat 19:00-dan Qəhrəmanlar Meydanına toplaşan vətəndaşlar bir neçə istiqamətdə yolu bağlayıblar. Hadisə yerinə gələn polislər yolu təmizləməyə başlayıb, vətəndaşları zorla çıxarıb və bir neçə nəfəri həbs edib. Aksiya iştirakçılarının həbsi hallarınmdan birində patrul polisinin rəis müavini Qoqa Memanişvili də iştirak edib.

Saat 20:45 radələrində parlamentin qarşısına toplaşan nümayişçilər Qəhrəmanlar Meydanına doğru hərəkət ediblər. Yürüşdə müxalif siyasətçilər də iştirak edib.

Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası yolun bağlanmasının sərbəst toplaşmaq azadlığına aid olduğunu bildirir və Daxili İşlər Nazirliyinə müraciət edərək, inzibati həbsləri dayandırmaq və vətəndaşlara etiraz etmək imkanı verməyə çağırır. “GGHA”həmçinin polisləri qanunsuz əmrlərə tabe olmamağa çağırır.

Aprelin 15-dən Tbilisidə rus qanununa qarşı minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları keçirilir. Vətəndaşların etirazlarına və beynəlxalq müraciətlərə baxmayaraq, “Gürcü Arzusu” qanundan geri götürməkdən imtina edir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur