Rus qanunu əleyhinə hərəkətə görə 13 nəfər saxlanılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Daxili İşlər Nazirliyi parlament qarşısında rus qanuna qarşı keçirilən aksiyada 13 nəfəri inzibati qaydada saxlayıb. Onlar polisin tələbinə tabe olmamaqda və xırda xuliqanlıqda ittiham olunurlar. Saxlanılanlar arasında anti-işğal hərəkatının lideri Davit Katsarava da var və o şiddətli şəkildə döyülüb.

Rus qanununun təsdiqi prosesi ilə paralel olaraq, Daxili İşlər Nazirliyi parlament ətrafına yüzlərlə əməkdaşını səfərbər edib. Yayılan kadrlarda onların mülki şəxsləri söydüyü, vurduğu və bibər qazı sıxdıqları görünür. DİN əməkdaşları maska ​​taxdıqları üçün onların kimliyini müəyyən etmək mümkün deyil.

“Aksiya iştirakçıları parlamentdə səsvermədən sonra Rustaveli prospektində yerləşən qanunverici orqanın girişində quraşdırılmış dəmir qoruyucu hasara qəsdən zərər vurmağa başlayıblar və nəticədə parlament ərazisinə daxil ola biliblər. Bundan əlavə, parlament binasına müxtəlif yazılar yazıblar. Müvafiq olaraq, qanunvericilik orqanının qarşısına toplaşan aksiya iştirakçılarının etirazı qanunla müəyyən edilmiş yığıncaq və nümayişin hüdudlarını tamamilə aşıb və zorakılıq xarakteri alıb”, - deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Daxili İşlər Nazirliyi onu da bildirir ki, aksiya iştirakçıları polislə şifahi və fiziki qarşıdurma yaşayıblar, onların istiqamətinə müxtəlif küt əşyalar və boyalar atıb, magistral yola müxtəlif dəmir konstruksiyalar yerləşdiriblər.

“Parlament binasına icazəsiz müdaxilənin qarşısının alınması və ictimai asayişin bərpası məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşları qanunvericiliklə müəyyən edilmiş proporsional güc və xüsusi vasitələrdən istifadə ediblər”, - deyə nazirlikdən bildirilib və qeyd edilib ki, aksiya zamanı edilən bütün hərəkətlər öyrəniləcək və sərt hüquqi cavab veriləcək.

“Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası”nın qiymətləndirməsinə görə, aksiya gün ərzində dinc xarakter daşıyıb, lakin buna baxmayaraq, polis qüvvələri aksiyanı heç bir hüquqi əsası oladan zorakı üsullarla, o cümlədən xüsusi vasitələrdən istifadə qaydalarını pozaraq dağıdıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur