15 ildir Raçada sosial layihələr həyata keçirən Danimarkanın “Fair Trees” fondu “xarici agentlər” haqqında rus qanununun qəbuluna görə bundan sonra Onida uşaqlar üçün pulsuz stomatoloji klinika aça bilməyəcək. Fondun təsisçisi Mariane Bols izah edir ki, dövlət strukturları ilə əməkdaşlığa artıq mühit qalmayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Böyük təəssüf hissi ilə bildiririk ki, “Fair Trees” Fondunun Oni Bələdiyyə Meriyası və Oni İctimai Məktəbi ilə əməkdaşlığı nəzərdə tutan 13 dekabr 2023-cü il tarixində Oni Bələdiyyəsi Meriyasına təqdim edilmiş uşaqlar üçün pulsuz stomatoloji klinika layihəsi təklifi hazırki mərhələdə geri götürülmüşdür. Layihənin geri götürülməsinə səbəb Gürcüstan hökumətinin xarici təsirin şəffaflığı haqqında yeni qəbul etdiyi qanundur”, - Mariane Bolsi Oni meri Serqo Xideşeliyə göndərdiyi məktubda yazır.
O, izah edir ki, yeni qanun təşkilata ciddi problem yaradır, çünki onun “xarici maraqların daşıyıcısı” kimi qeydiyyatdan keçməsini tələb edir.
“Təşkilatımız yarandığı gündən Raça əhalisinin maraqlarına xidmət edən sosial və maarifləndirici layihələr həyata keçirir. Müvafiq olaraq, biz hesab etmirik ki, bizim təşkilat xarici maraqların daşıyıcıs reyestrində olmalıdır.
Yeni qanuna əsasən, cərimələr və maliyyə çətinliyi ilə üzləşəcəyimiz gözlənilir. Bu vəziyyətdən irəli gələrək dövlət strukturları ilə əməkdaşlığa artıq yer qalmayıb. Bundan əlavə, hazırkı layihələrimizin də yeni tətbiq edilən qanuna görə risk altında olduğu bir halda biz əlavə maliyyə öhdəlikləri götürə və yeni sosial layihələrə sərmayə qoya bilmirik.
Sözügedən qanunun Raça əhalisinə mənfi təsirini müzakirə etmək üçün Raça-Leçxumi və Svanetinin majoritar deputatı cənab Qoça Enukidze ilə görüşmək üçün çoxsaylı cəhdlərimiz nəticəsiz qaldı. Biz çox təəssüf edirik ki, bu qanuna görə ilk olaraq Raçada yaşayan uşaqlar zərər gördülər”, - Mariane Bols yazır.
Fond ümid edir ki, qeyri-hökumət sektoru üçün əlverişli qanunvericilik bazası tezliklə Gürcüstana qayıdacaq və onlar cəmiyyətə xeyir gətirən layihələri davam etdirmək imkanı əldə edəcəklər.
“Fair Trees” Fondu 2009-cu ildən Gürcüstanın ən yoxsul və əhalinin köç etdiyi bölgələrindən biri olan Raçada fəaliyyət göstərir. Təşkilat 2016-cı ildə Ambrolauridə Avropa standartlarına uyğun stomatoloji klinika açıb və 2 yaşdan 18 yaşa qədər olan uşaq və yeniyetmələrə tam ödənişsiz xidmət göstərir. Bundan əlavə, 2021-ci ildən etibarən “Fair Trees” Raçada məktəbi bitirmiş və müxtəlif ali təhsil müəssisələrində təhsil alan gənclərə sponsorluq edir. Fond ətraf mühitin mühafizəsi istiqamətində də layihələr həyata keçirir.
Mayın 28-də Gürcüstan parlamenti “xarici agentlər” haqqında rus qanununa prezidentin vqoyduğu vetonu aşdı və nəhayət onu təsdiq etdi. Vetonun ləğvini 84 deputat, o cümlədən “Gürcü Arzusu”ndan Raça-Leçxumi-Svanetinin majoritarı Qoça Enukidze də dəstəkləyib. Qeyri-hökumət təşkilatları deyirlər ki, rus qanunu ona tabe olunmayan kağız parçası olaraq qalacaq.