Tbilisidə rus qanununa qarşı keçirilən minlərlə insanın iştirak etdiyi aksiya parlament yaxınlığındaki ərazidən hökumət dəftərxanasına keçib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Rustaveli prospektində toplaşan nümayişçilər “Gürcü Arzusu”na “agentlər haqqında” qanun layihəsini geri götürməsi üçün bir saatlıq vaxt verilməsinə baxmayaraq, bu müddət tələb təmin edilmədən tamamlanıb.
“Biz indi bizimlə, dinc, sakit şəkildə hökumət dəftərxanasına getməyi təklif etmək və baş nazirin çıxıb bizimlə danışmasını tələb etmək istəyirik”, - aksiyada çıxış edənlərdən biri Levan Tsutskiridze deyib və aksiya iştirakçıları hökumət dəftərxanası binasına doğru istiqamət alıbar.
Cəmiyyətin etirazına və beynəlxalq tərəfdaşların tənqidlərinə baxmayaraq, “Gürcü Arzusu” rus qanununa birinci oxunuşda baxaraq, onu 83 lehinə səslə qəbul edib. Müxalifət səsvermədə iştirak etməyib.
“Rus qanununun qəbuluna qarşı ləyaqətli etirazın üçüncü gecəsi! Bir tərəfdə gürcü xalqı, bir tərəfdə Avropa gələcəyimizin əleyhinə səs verən 83 deputat. Xalq həmişə qalib gəlir!”, – Salome Zurabişvili rus qanununun nəhayət qəbul ediləcəyi təqdirdə veto qoyacağını bildirib.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel və Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhey qanunun Aİ-nin əsas dəyərlərinə uyğun olmadığını bildiriblər. Onlar Gürcüstanı ölkənin Avropa İttifaqına gedən yoluna təhlükə yarada biləcək qanunları qəbul etməkdən çəkinməyə çağırıblar.
Baş nazir İrakli Kobaxidze səsvermədən sonra keçirilən brifinqdə deyib ki, “əslində qanun məhz Avropa tiplidir” və “bu, nəinki Gürcüstanı Avropadan uzaqlaşdıracaq, bizi keyfiyyətcə Aİ-yə inteqrasiya məqsədinə yaxınlaşdıracaq”.