Rus qanununa etiraz edən aksiya iştirakçıları gecə saatlarında hücuma məruz qalıblar. Gənclər evə qayıdarkən Qəhrəmanlar Meydanı ilə Çar Tamara Körpüsü arasındakı hissədə 10-dan çox adamın hücumuna və fiziki təzyiqə məruz qalıblar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Hər kəsə şiddətlə vurudular, asfaltın üstünə yıxıb, sonra da üstünə çıxıb döyməyə davam edirdilər. Onlar maşında azyaşlı uşağın oturduğunu görsələr də, həmin şəxsi maşından sürüyərək düşürməyə çalışırdılar.
Təəssüflər olsun ki, patrul ekipajı hadisə yerində yox idi və çağırışdan sonra, burada, yaxında olmalarına baxmayaraq yarım saat ərzində gəlib çıxmadı. Bir ekipaj gəldi, ondan dayanmasını istədik, dayanmadı, geri döndü. Polis və xüsusi təyinatlıların etmədiyini yəqin ki, onlar ya idmançılara, ya da təhlükəsizlik xidmətinin əməkdaşlarına etdiriblər”, - deyə fəal Nana Bağalişvili bildirib.
Hadisə şahidlərinin çəkdiyi videolarda hücum edənlərin üç avtomobili - “Honda” markalı, dövlət nömrəsi - UB800IC, “Toyota” markalı, nömrə - JU188DO və “Mercedes” markalı, nömrə - HG862HG olduğu müşahidə edilib.
“Bu, onunla başladı ki, onlar xüsusi olaraq velosiped sürən şəxsi vurdular, sonra maşından düşdülər, ehtimal ki, cüdoçular, güləşçilər idilər. Yıxılan oğlana əlimi uzatdım, bu zaman arxadan məni vurdular, qaçdım, təpiklə vurdular”, - xəsarət alanlardan biri deyir.
Hücumdan sonra hadisə şahidləri ifadə yazmaq üçün özləri polis idarəsinə gəliblər. “Gürcüstan xəbərləri” Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən istintaqa başlanıb-başlanılmaması və hücum edənlərin həbs edilib-edilməməsi ilə bağlı cavab gözləyir. “Mtavari Arxi” onların kimliyini də dərc edir: 34 yaşlı Condo Uriadmkopeli, mövcud məlumata görə, özəl barlardan birində mühafizəçi işləyir; Qiorqi Ubilava müəyyən edilib.
Mayın 2-də rus qanununa etiraz olaraq növbəti aksiya keçirilib. Dinc nümayişçilər Qəhrəmanlar Meydanını zəbt edərək bir neçə saatlıq nəqliyyatın hərəkətini dayandırıblar. Daxili İşlər Nazirliyinin əməkdaşları dəfələrlə yolu açmağa cəhd edib və bir neçə nəfəri həbs ediblər.