“Agentlər haqqında”rus qanununa qarşı çıxan reklam, yaradıcı agentliklərə və video istehsal şirkətlərinə polis daxil olub. Ofislərdə axtarış aparılır. “Limon” video istehsal şirkətinin direktoru Qiorqi Okmelaşvili saxlanılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“13 uşağın iştirak edəcək olduğu çəkilişə polislər gəldi, pavilyonda axtarış aparırlar. Uşaqlar məndən soruşurlar ki, polislər burada nə edir, yalan deyirəm ki, onlar kütləvi səhnə aktyorlarıdır, biz də çəkirik! Hökumətə təşəkkürlər!”, - Nanuka Sioridze yazır.
“Limon” şirkətinin əməkdaşlarının sözlərinə görə, polis onlara axtarışın səbəbini izah etməyib, sadəcə order təqdim edilib.
“Limon” MMC virtual istehsalın inkişafı üçün lazımi avadanlıqların alınması üzrə ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) maliyyə vəsaiti alıb.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Qiorqi Okmelaşvili mayın 13-də Tbilisidə parlament binası yaxınlığında keçirilən etiraz aksiyasında Daxili İşlər Nazirliyinin əməkdaşlarına fiziki təzyiq göstərib. Aksiya zamanı saxlanılan şəxs polis əməkdaşlarına dirsək və yumruqla zərbələr endirib, üz nahiyəsinə xəsarət yetirib.
“İstintaq Cinayət Məcəlləsinin 353-cü maddəsinin 1-ci hissəsi, yəni xidməti vəzifələrini yerinə yetirərkən polis əməkdaşına hücum etmə üzrə aparılır. Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır”, - Bu barədə Daxili İşlər Nazirliyinin bəyanatıbda deyilir.
Yayılmış məlumata görə, polis “Edblacks”, “Ogilvy”, “Holly Motors”, “Butterfly”, “Ed Geeks” agentliklərinə daxil olub.
Mayın 2-də yaradıcı sənayenin nümayəndələri rus qanununu dəstəkləyən bütün iş adamlarını və qurduqları bütün şirkətlərə boykot elan etdilər. Bu şirkətlər bunlardır: Archi, CELFIE, Wissol, Wendy’s, Dunkin’, Smart, Subway, Georgian Manganese, Mildian, Agee Development, VR Holding, KTW, White Square, Anagi, Orbi.
“Biz bu brendlərlə əməkdaşlıq etməyəcəyik. Resurslarımız əməkdaşlıq edən iş adamları və onların şirkətləri üçün istifadə edilməyəcək”, - Bu barədə qurumların imzaladığı birgə məlumatda deyilir: ADHD, ABK, Betterfly, Enkeny Films, JWT Metro, Leavingstone, Maverik, Playmakers, Redberry, Socialsharks, Q&A, Quick, Watergunz, Windfor’s.
“Gürcü Arzusu” rus qanununu mayın 14-də üçüncü və son oxunuşda 30 əleyhinə 84 lehinə səslə qəbul edib. Prezident Salome Zurabişvili rus qanunluna veto qoyacağını bildirib. Prezidentin bunun üçün mayın 28-dək iki həftəlik vaxtı var. “Gürcü Arzusu” prezidentin vetosunu aşa bilər.
Bir aydır ki, Tbilisidə rus qanununa qarşı minlərlə nəfərlik nümayişlər keçirilir. Xüsusi təyinatlılar və polis dinc etirazçıları dəfələrlə dağıdıb. Aksiyaların yüzdən çox iştirakçısı həbs edilib. Daxili İşlər Nazirliyinin nümayəndələri etirazçı deputatlar Aleksandre Elisaşvili və Levan Xabeişvili, vətəndaş fəalı Davit Katsarava və başqalarını şiddətlə döyüblər. İndiyədək həbs olunmayan naməlum şəxslər rus qanununun əleyhinə aksiyaların bir sıra iştirakçılarına hücum edib və onlara çoxsaylı bədən xəsarətləri yetiriblər.