Hüquq Məsələləri üzrə Komitənin iclasında “xarici agentlər haqqında” rus qanununun müzakirəsi ilə paralel olaraq parlament binası yaxınlığında etiraz aksiyası keçirilir. Aksiyaya onlayn media nümayəndələri, o cümlədən bu gün parlamentə buraxılmayan akkreditə olunmuş jurnalistlər toplaşıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Rus qanununun müzakirəsi ilə paralel olaraq parlamentin arxasında aksiya keçirilir“Burada baş verən hər şey onu göstərir ki, “Gürcü Arzusu” qorxur. Səhər mən bura gəlməmiş gördüm ki, DTX binasının həyətində xüsusi təyinatlılar var, yüzlərlə polis səfərbər olunub. Dünən təcili açıqlama verildi ki, parlament binasına televiziya mediasından başqa heç kim daxil ola bilməz.
Əvvəla, bu rus qanunu əsasən beynəlxalq təşkilatların dəstəyi ilə mövcud olan onlayn mediaya şamil olunur. Parlament heç olmasa bizi formal olaraq içəri buraxsın, qulaq assın, bəlkə qışqırmıram, amma qorxurlar, qorxaqdırlar. Bizi içəri buraxmırlar ki, səsimizi eşitdirməyək, lakin biz bu qanunun qəbulunu dayandırmayana qədər burada dayanacağıq”, - “Dağ Xəbərləri”nin redaktoru Qela Mtivlişvili bildirib.
“Biz tələb edirik ki, hakimiyyət bu rus qanun layihəsinə ötən il verdiyi eyni istiqaməti versin və onu geri götürsün. İnsanların sırf rus üslubunda, sırf sovet üslubunda agent kimi damğalanmasına, sonra onları təqib etməyə, öldürməyə başlanılmasına gürcü cəmiyyətinin öyrəşməsi mümkün deyil. Gürcüstanda bu mümkün deyil”, - “Publika”nın redaktoru Zurab Vardiaşvili qeyd edib.
Aksiyada “rus qanununa yox!”, “qullar”, “ruslar” şuarları eşidilir. Nümayişçilər böyük bir Aİ bayrağı açıbar.
“Biz bir neçə ildən sonra bu ölkəni Avropa İttifaqına aparacaq nəsil ola bilərik, ya da bu ölkənin necə Rusiyanın quberniyasına çevrilib Qafqaz Belarusuna çevriləcəyinə şahidlik edəcək nəsil ola bilərik. Ona görə də burada dayanmaq bir imtiyazdır və biz sona qədər çalışacağıq ki, bu qanunu qəbul etdirməyək, ya da, minimum, Gürcüstan parlamentində başlanan proseslər onlar üçün baha başa gəlsin”, - Milli Bankın keçmiş prezidenti Qiorqi Kadaqidze bildirib.
Söz verildi ki, bu qanuna bir daha qayıdılmayacaq və bu, əhaliyə xəyanətdir. Bir neçə gün əvvəl gördüyümüz birləşmədən sonra, bizi cəmiyyətimizin uzun illərdir sahib olmadığı əsas qüvvə, futbol birləşdirdi, hamı bir-birini sevirdi, bir-birini qucaqlayırdı və başqa ümidlər yarandı, indi isə yenə cəmiyyət parçalandı. Məncə, biz buna öyrəşməməliyik”, - aktyor Kaxa Kintsuraşvili deyib.
Aksiyaya tələbələr də qoşulub.
"Gürcü Arzusu” bir il əvvəl genişmiqyaslı ictimai etirazlar nəticəsində ləğv etdiyi “Xarici agentlər haqqında” qanun layihəsini “qeyd-şərtsiz” parlamentdən geri götürədüyü barədə söz verdikdən sonra, onu təkrardan geri qaytarıb. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib. Rus qanunu Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, Böyük Britaniya, NATO, Birləşmiş Millətlər Təşkilatı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən tənqid edilib. Onlar hesab edirlər ki, belə bir qanun Gürcüstanı Avropa yolundan döndərəcək, müstəqil qeyri-hökumət və media qurumlarının işinə mənfi təsir göstərəcək.