Almaniyanın hakim Sosial Demokrat Partiyası (SDP) Gürcüstanın rus qanununu qəbul edəcəyi təqdirdə növbəti dəfə “təhlükəsiz ölkə” statusunu itirə biləcəyini açıqlayıb. Bu barədə Almaniyanın “Stern” nəşri yazır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Almaniya federal hökuməti siyasi vəziyyəti və demokratik sistemin inkişafını yaxından izləyir və şərtlərin yerinə yetirilib-yetirilmədiyini yoxlayır”, - Bundestaqın Sosial Demokrat Partiyasından olan deputatı Helge Limd belə deyib. Əgər məlum olsa ki, Gürcüstan əhalisi təqiblərdən qorxmalıdır, “müvafiq nəticələr olacaq”.
Alman nəşri qeyd edir ki, Gürcüstan Avropa İttifaqına və “NATO”ya üzv olmağa can atır və dekabrda Avropa İttifaqına namizəd ölkə statusu alıb. Lakin hökumətin təqdim etdiyi “mübahisəli qanun” artıq bir neçə həftədir ki, gərginlik yaradır. Stern yazır ki, agentlər haqqında qanunun tənqidçiləri Rusiyanın xarici agentlərə qarşı qanunu ilə paralellər aparır və bu qanun hakimiyyətə tənqidi media və təşkilatlara qarşı “külli miqdarda” tədbirlər görməyə imkan verir.
Almaniya Gürcüstan və Moldovanı 2023-cü ildə təhlükəsiz ölkələr kimi tanıyıb. Daxili İşlər Naziri Nensi Feser bəyan edib ki, Avropa Birliyinə üzv olmaq istəyən bu iki ölkənin vətəndaşları siyasi motivlərlə təqib olunmur. Təhlükəsiz ölkə kimi təsnifat ilk növbədə miqrasiyanın qarşısını almağa yönəlib – təhlükəsiz ölkə vətəndaşlarının sığınacaq üçün müraciətlərinə daha tez baxılır, imtina və deportasiya da asanlaşır.
Ötən il 9399 Gürcüstan vətəndaşı Almaniyadan sığınacaq üçün müraciət edib ki, onlardan 8414-ü birinci, 985-I isə ikinci dəfədir müraciət edir. Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin hesabatına əsasən, 10038 vətəndaşın müraciətinə baxılıb, onlardan yalnız 0,3%-I müsbət cavablandırılıb.
Aprelin 17-də “Gürcü arzusu” müstəqil media və vətəndaş cəmiyyətini məhdudlaşdıran qanun layihəsini birinci oxunuşda 83 səslə qəbul edib. Həmin gün Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel və Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhei bəyanat yayıb ki, qanunun yekun qəbulu Gürcüstanın Aİ yolunda irəliləməsinə mənfi təsir göstərəcək. O deyib ki, qanun Avropa Birliyinin əsas norma və dəyərlərinə uyğun gəlmir.
Avropa Şurasının prezidenti Şarl Mişel də “Gürcü Arzusu”nun təşəbbüsü ilə irəli sürülən rus qanununa münasibət bildirib. Onun sözlərinə görə, gürcü xalqı Avropa yolunu seçib və buna cavab olaraq Gürcüstan namizəd statusu alıb və “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ölkənin Avropa istəklərinə uyğun gəlmir və Gürcüstanı Avropa İttifaqından ayırır.
Aprelin 12-də Almaniya kansleri Olaf Şolz Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra bildirib ki, Almaniya bütün Avropa İttifaqı kimi “Gürcü arzusu”nun bu təşəbbüsünü “çox tənqidi” hesab edir və parlamentin qanunu qəbul etməyəcəyinə ümid etdiyini bildirib.
Rus qanunu Avropa Komissiyasının Gürcüstan üçün müəyyən etdiyi 1-ci və 9-cu tövsiyələrə ziddir, hansı ki, bu tövsiyələrə görə üzvlük danışıqlarını açmaq üçün hakimiyyət ölkədə vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətini təmin etməli, Avropa İttifaqına və onun dəyərlərinə qarşı dezinformasiyaya qarşı mübarizə aparmalıdır.
Rus qanunu ötən ilin martında birinci oxunuşda hakim partiya tərəfindən dəstəklənsə də, xalqın etirazı nəticəsində qanunu geri çəkməyə məcbur olmuşdular. Partiya liderləri qanun layihəsini “şərtsiz şəkildə” geri çəkməyə söz verdilər, lakin bir il sonra, aprelin əvvəlində o, yenidən gündəmə gətirildi. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarına xidmət edən təşkilat” ifadəsi ilə əvəz edilib.
“Gürcü Arzusu” parlamentin cari yaz sessiyası başa çatana qədər rus qanununu qəbul etmək niyyətindədir. Prezident Salome Zurabişvili də veto hüququndan istifadə edəcəyini bildirərək qanuna qarşı çıxır.