Ermənistan Milli Assambleyası Roma Əsasnaməsinə qoşulmanın nəticələrini öyrənməli və Rusiya ilə müttəfiqlik münasibətləri üçün riskləri qiymətləndirməlidir. Bu barədə, Rusiya Federasiya Şurası sədrinin müavini Yuri Vorobyov bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Roma Əsasnaməsinə qoşulacağı təqdirdə, Ermənistan hakimiyyəti Rusiya prezidenti Vladimir Putini, əgər o, Ermənistan ərazisinə daxil olarsa həbs etməli olacaq.
Hələ mart ayında Ermənistan Konstitusiya Məhkəməsi Roma Əsasnaməsinin ölkə konstitusiyası ilə ziddiyət təşkil etmədiyini müəyyən edib. Növbəti addım sənədin parlamentdə ratifikasiyası olmalıdır.
“Anladığımız kimi, bu, Ermənistanın baxdığı bütün işlər üzrə Haaqa Tribunalının yurisdiksiyasının tanıması deməkdir. Güman edirik ki, erməni həmkarlarımızın bu addımı anti-Rusiya kontekstinə malik deyil, amma buna baxmayaraq, praktikada Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vurur.
Biz müttəfiqlərimizi Roma Əsasnaməsinə qoşulmağın nəticələrini bir daha diqqətlə nəzərdən keçirməyə və Rusiya ilə müttəfiqlik münasibətləri üçün mümkün riskləri qiymətləndirməyə çağırırıq. Mən parlament üzvlərinə müraciət edirəm”, - Vorobyev Rusiya Federal Məclisi ilə Ermənistan Milli Assambleyası arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın iclasında bildirib.
Bu məsələ ilə bağlı Ermənistan və Rusiya Xarici İşlər nazirlikləri arasında danışıqlar davam edir. Ermənistan Milli Assambleyasının üzvü Yakob Arşakyanın dediyi kimi, hazırda Roma Əsasnaməsinin ratifikasiyası prosesi dayandırılıb.
“Bu proses Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidentinə qarşı çıxardığı qərardan əvvəl başlayıb və məhkəmənin sözügedən qərarına şamil olunmur. Ermənistanın hakim partiyası və komandamızın heç bir niyyəti və istəyi yoxdur ki, bu bizim münasibətlərimizə hər hansı şəkildə təsir etsin. Əminəm ki, Roma Əsasnaməsinin ratifikasiyası ilə bağlı prosesin Ermənistanla Rusiya arasında strateji münasibətlərə xələl gətirməyəcəyinə nail olacağıq”, - deyə Arşakyan bildirib.
2023-cü il martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, habelə Prezidentin Uşaq Hüquqları üzrə nümayəndəsi. Mariya Lvova-Belovanın həbsinə order verib.Onların hər ikisi hərbi cinayətlərdə, o cümlədən, Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların qanunsuz deportasiyasında ittiham olunurlar. Rusiya hakimiyyəti Haaqa Məhkəməsinin qərarını "biabırçı" adlandırıb. Eyni zamanda, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya bu məhkəmənin yurisdiksiyasını tanımır: “Rusiya bu qurumla əməkdaşlıq etmir və beynəlxalq məhkəmənin verdiyi həbs “reseptləri” bizim üçün hüquqi baxımdan faydasızdır”.
Beynəlxalq Cinayət Məhkəməsinin təsis sənədi beynəlxalq müqavilə - hazırda 124 ölkə tərəfindən imzalanmış Roma Əsasnaməsidir. Gürcüstan bu müqaviləyə 2003-cü ildə qoşulub, bu o deməkdir ki, məhkəmənin yurisdiksiyası Gürcüstan ərazisində və Gürcüstan vətəndaşları tərəfindən törədilən cinayətlərə şamil edilir.