Rusiya Ermənistanı Azərbaycana dəhliz verməyə məcbur edir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Ermənistan hakimiyyəti ilk dəfə bəyan edir ki, strateji müttəfiqi Rusiya Ermənistanı Azərbaycana dəhliz verməyə, həmçinin Rusiya-Belarus birlik dövlətinə qoşulmağa məcbur edir. Bu barədə “Azadlıq” radiosunun erməni xidməti yazır.

26 dekabr tarixində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ictimai televiziya ilə çıxış edərək bildirib ki, 13 sentyabrda Azərbaycanın hücumu, eləcə də Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin bağlanması Ermənistana təzyiq kontekstindədir.

Qriqoryanın sözünə görə, Ermənistan-Rusiya münasibətlərində son vaxtlar aydın şəkildə ortaya çıxan böhranın səbəbi budur.

"Ermənistan buna müqavimət göstərməkdə davam edir. Yeri gəlmişkən, dəqiq şəkildə deyə bilərəm ki, 13 sentyabr hadisəsinin gərginləşməsi də elə bununla bağlıdır və əsasən, bütün böhranın əsası və ya motivi budur",- deyə bildirib Qriqoryan.

Verilişin aparıcısının “bütün bunlar dəhliz üçünmü edilir?” sualına Təhlükəsizlik Şurasının katibi belə cavab verib: O cümlədən, yəni Ermənistan ərazisindən keçən ekstraterritorial dəhliz üçün. Təbii ki, bütün təzyiqlər bundan irəli gəlir.

Bundan əlavə, Armen Qriqoryan ilk dəfə açıq şəkildə bəyan etdi ki, Rusiya Ermənistanı ittifaq dövlətinə qoşulmağa məcbur edir.

"Təbii ki, bu təyziq Ermənistana da gəlir və hər dəfə erməni demokratiyası və demokratik sistemi ona müqavimət göstərəndə başqa bir təzyiq növü, hərbi güc formasını alır". - Armen Qriqoryan deyib və vurğulayıb ki, konstitusiyaya görə, Ermənistan suveren dövlətdir və belə də qalır və suverenliyin qorunması Ermənistanın hazırkı hökumətinin missiyasıdır.

Rusiya prezidentinin mətbuat katibi erməni yüksək rütbəli məmurun bəyanatına cavab verib. Dmitri Peskovun sözlərinə görə, Armen Qriqoryanın dedikləri həqiqətə uyğun deyil və onun bəyanatı “təxribat xarakterli” sayıla bilər.

16 gündür ki, Laçın dəhlizi bağlanıb. “Kavkazski uzel”in məlumatına görə, dekabrın 12-də səhər saatlarında azərbaycanlı fəallar Stepanakert-Qoris avtomobil yolunu bağlayıblar, nəticədə Dağlıq Qarabağ sakinləri Ermənistanla nəqliyyat əlaqəsindən məhrum olub.

Azərbaycanlı fəallar Rusiya sülhməramlılarından qızıl və mis çıxarma sahələrində monitorinq keçirmək üçün əraziyə daxil olmalarını tələb edirlər. 14 dekabrda Azərbaycan hakimiyyəti bildirib ki, magistralda mülki avtomobillərin hərəkətinin qarşısını fəallar deyil, Rusiya sülhməramlıları alır. Eyni zamanda, Azərbaycan Qarabağın blokadası iddiasını təkzib edir. 24 dekabrda Stepanakert sakinləri nümayiş keçirərək Rusiya sülhməramlılarından nəqliyyat blokunu açmalarını tələb ediblər.

27 dekabr Sankt-Peterburqda MDB ölkələrinin qeyri-rəsmi sammiti çərçivəsində Ermənistanın Baş Naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib. Qapalı görüşün keçirilməsindən əvvəl Paşinyan bildirib ki, əsas və ən aktual məsələ Laçın dəhlizində yaranmış böhrandır.

"Belə aydın olur ki, Laçın dəhlizinə Rusiya sülhməramlıları nəzarət etmir. Mən bu vəziyyəti və mümkün variantları müzakirə etmək istərdim", - Ermənistanın baş naziri bildirib.

2020-ci ilin 9 noyabrında Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda 44 günlük müharibəyə son qoyulması ilə bağlı birgə bəyanat imzalayıblar. Razılaşmaya əsasən Rusiya Federasiyasının sülhməramlı kontingenti ən azı beş il müddətinə Laçın dəhlizi boyunca yerləşdirilib. İmzalanan sənədə əsasən Azərbaycan dəhlizlə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyini təmin etməlidir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur