Rusiya Gürcüstanla viza rejiminin ləğvini istisna etmir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusiya hakimiyyəti “zəruri ilkin şərtlər” yaranan kimi Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvini istisna etmir. Bu məsələ ilə bağlı növbəti açıqlamanı xarici işlər nazirinin müavini Mixail Qaluzin verib.

Qaluzinin fikrincə, sabit əlaqələr gürcülərin və rusların maraqlarına uyğundur və yenə özü deyir ki, “çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələri, ortaq tarix, mədəniyyət, mənəvi dəyərlər, milyonlarla insanın taleyi birləşdirir”.

“Ölkəmizdə yüz minlərlə etnik gürcü yaşayır və öz potensialını uğurla həyata keçirir. Həmçinin son vaxtlar Gürcüstanda Rusiya vətəndaşlarının sayı artır... Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi perspektivlərinə gəlincə, biz lazımi ilkin şərtlər yaranan kimi müsbət qərarlar qəbul etməyi istisna etmirik”,- deyə Qaluzin bildirib, o, noyabrın sonunda prezident Vladimir Putin tərəfindən Xarici İşlər Nazirinin müavini təyin edilib.

“TASS” dövlət xəbər agentliyinə müsahibəsində o, qeyd edib ki, 2012-ci ildə Moskva Tbilisinin ikitərəfli münasibətlərin normallaşdırılması üçün təklif etdiyi kursu tərəddüd etmədən dəstəkləyib.

“Və indi də çətin xarici vəziyyətə və diplomatik münasibətlərin olmamasına baxmayaraq, Rusiya-Gürcüstan əməkdaşlığı inkişaf edir. Bu ilin 11 ayı ərzində ticarət dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə artaraq 2,2 milyard dolları ötüb. Ticarətlə yanaşı, turizm və pul köçürmələri də artır”.

Qaluzin diplomatik münasibətlərlə bağlı əlavə edib ki, Gürcüstan “onların bərpası imkanlarının siyasi tələblərlə, hansı ki, regionun yeni reallığın ziddir, məhdudlaşdırılmasına dəvam edir”.

"Belə ki, top hələ də Gürcüstan tərəfindədir", - rusiyalı diplomat əlavə edib.

Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin rəhbəri Denis Qonçar Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi məsələsi ilə bağlı açıqlama verib. Mixail Qaluzin kimi o da "zəruri ilkin şərtlər" üzərində dayanırdı.

Rusiya Federasiyası birtərəfli qaydada Gürcüstanla viza rejimini 2000-ci ildə tətbiq edib. 2008-ci ildə avqust müharibəsindən və Gürcüstanın işğal olunmuş ərazilərinin qondarma müstəqilliyinin Rusiya tərəfindən tanınmasından sonra Gürcüstan Rusiya ilə diplomatik əlaqələri kəsdi, Rusiya vətəndaşlarının da vizasız girişi dayandırıldı. 2010-cu ilin oktyabrından Gürcüstan hökuməti Şimali Qafqaz respublikalarının sakinləri üçün vizasız rejim tətbiq edib, 2012-ci ilin martından bu rejim bütün Rusiya vətəndaşlarına şamil edilib. Elə həmin ay avqust müharibəsindən sonra ilk dəfə Rusiya Gürcüstanla diplomatik münasibətləri bərpa etməyi təklif etdi. “Moskva Gürcüstanın Rusiyayönümlü separatçı bölgələri olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqda davam etdikcə, Gürcüstan Rusiya ilə diplomatik münasibətlərin bərpasını “mümkünsüz” hesab edəcək”. - Tiflis Moskvanın təklifinə bu cür cavab vermişdi.

2019-cu ilin iyul ayından Gürcüstan və Rusiya arasında birbaşa uçuşlar da yoxdur. Birbaşa uçuşlar Rusiya Dumasının deputatı Sergey Qavrilovun səfəri ilə əlaqədar Tbilisidə keçirilən etiraz aksiyalarına görə Rusiya hakimiyyətinin qərarı ilə dayandırılıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur