Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altında olan Axalqori rayonunun Axmaci kəndi yaxınlığında Gürcüstan vətəndaşını saxlayıblar. Saxlanılan şəxs orta yaşlı kişidir və Axalqori rayonuna Tbilisidən gəlib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, hadisə ilə bağlı məlumat daxil olduqdan sonra Avropa İttifaqının Monitorinq Missiyasının “qaynar xətti” işə salınıb və Cenevrədə keçirilən beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara faktla bağlı dərhal məlumat verilib.
“Qeyri-qanuni həbsdə olan Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb. Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür”, - DTX-nın bəyanatında deyilir.
Hazırda Tsxinvalidə 6 Gürcüstan vətəndaşı qanunsuz həbsdədir.
Onların arasında 2023-cü il noyabrın 24-də Qori bələdiyyəsinin Adzvi kəndinin kilsəsindən rus hərbçiləri tərəfindən qaçırılan Dimitri Korinteli və Qiorqi Meladze də var. Kilsə işğal xəttindən kənardadır.
Laşa Xetereli, Petre Kalaşnikov və Qiorqi Mosiaşvili də Tsxinvali həbsxanasında qalırlar. Liaxvi vadisindən olan qaçqın, Laşa Xetereli artıq səkkizinci dəfədir ki, işğal rejimi tərəfindən saxlanılıb. Son olaraq, iyulun 5-də onu işğal altında olan Disevi kəndi yaxınlığında saxlayıblar. Bundan əvvəl Xetereli bir ildən çox qanunsuz olaraq Tsxinvali həbsxanasında saxlanılıb. Onun işğal olunmuş ərazidə qohumları var. 2008-ci il müharibəsindən bu yana Şaumiani köçkün qəsəbəsində yaşayır. 31 oktyabr 2023-cü ildə rus əsgərləri Perevi kəndinin sakini Qiorqi Mosiaşvilini Sinaquri kəndinin ətraf ərazisindən qaçırıblar. Petre Kalaşnikovun həbsi ilə bağlı ətraflı məlumat açıqlanmayıb.