Gürcü fermerlər bir neçə aydır ki, ötən il yığdıqları buğdanı sata bilmirlər və yığılan məhsul artıq xarab olur. Böyük miqdarda Rusiya ununun idxalına görə dəyirmanların əksəriyyəti dayanıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Dənli Bitkilər İstehsalçıları Assosiasiyasının sədri Nikoloz Beniaidzenin sözlərinə görə, ötən il Gürcüstan 150 000 tona yaxın buğda alıb ki, bu da daxili istehlak üçün tələb olunan miqdarın cəmi 15%-ni təşkil edir. Buna baxmayaraq, fermerlər buğdanı sata bilmir və 40-50 ton yığılmış buğda indiyədək qalıb.
“Ötən il dövlətdən və nazirlikdən müraciət edilmişdi ki, bütün sahələrə mümkün qədər buğda səpilsn, çünki müharibə zamanı ölkədə ərzaq təhlükəsizliyi problemi var idi. Dövlət buğda əkmək üçün 100 000 lariyə qədər ucuz kredit ayırıb. Biz hər şeyi etdik, fermerlər geniş sahələr səpiblər, indi iyunda məhsul götürməliyik. Nə oldu? Yığılan məhsulla ödəməli olduğumuz krediti ödəyə bilmirik, fermerlərin cərimələri yığılır. Dövlətin köməyi ilə traktor və kombayn gətirən texnika sahibləri də problemlərlə üzləşdi.
Yazdır, məhsul üzərində bitlər əmələ gəlib ki, bu da fermer üçün əlavə xərcdir. Məhsul xarab olur. Üstəlik, yeni məhsulu iki aya yığmalıyıq. Bu anbarlar boşalmasa, fermerlər fəlakətli vəziyyətə düşəcəklər, çünki məhsullarını saxlamaq üçün yer olmayacaq”, - Nikoloz Beniaidze deyir.
Bu gün Rusiyadan gətirilən bir kisə unun qiyməti ötən il mövcud olan 80 laridən 50-55 lariyə qədər ucuzlaşıb. Dənli Bitkilər İstehsalçıları Assosiasiyasının sədrinin sözlərinə görə, dəyirmanlar Rusiyada istehsal olunan unun qiyməti ilə rəqabət apara bilmədiklərinə görə dayanıblar və artıq yerli buğdanı almırlar.
“Əsas idxalçı Rusiyadır. Buğda yox, un daxil olur, çünki Rusiyada buğdaya gömrükxana vergisi təsis olunub. O, öz dəyirmanlarını işlədir və hazır məhsul idxal edir. Biz həll yolunu onda görürük ki, əks balans kimi Gürcüstan un və buğdanı rəqabətə davamlı etmək üçün una rüsum qoysun. Daha sonra distribyutorlar qərar verəcəklər buğda idxal edəcəklər, yoxsa un. Buğda gətirilsə, buna yerli buğdamız da əlavə olunacaq və satılacaq. Biz hökumətə təklif etmişik ki, xaricdən idxal edilən buğda bir neçə ay gətirilməsin ki, yerli buğdamız satılsın və fermer qorunsun, onun onsuz da çatışmayan məhsulu sata biləcəyinə zəmanəti olsun”, - Nikoloz Beniaidze bildirib. .
Onun sözlərinə görə, dənli bitki istehsalçılarının Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri ilə fəal əlaqəsi var, lakin problem həllini tapmır. “Hesab edirəm ki, bunun üçün baş nazir İrakli Ğaribaşvilinin qərarı lazımdır. Söhbət minlərlə insandan, minlərlə ailədən gedir”, - Beniaidze bildirib.
Fermerlər buğdanı ixrac da edə bilmirlər. Gürcüstanın baş nazirinin 28 iyun 2022-ci il tarixli fərmanına əsasən, Rusiya-Ukrayna müharibəsi nəticəsində dünyada yaranan ərzaq təhlükəsizliyi problemləri ilə əlaqədar olaraq, Gürcüstandan buğdanın ixracı 2023-cü il iyulun 1-dək qadağan edilib.
Buğda və ya buğda-çovdar unu Rusiyadan Gürcüstana idxal olunan ən böyük əmtəə qruplarından biridir. Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü ilin yanvar-fevral aylarında Rusiyadan 8 055 100 ABŞ dolları dəyərində 25 093,2 ton un idxal etmişik. Bundan əlavə, 10 119 200 ABŞ dolları dəyərində 32 014,5 ton buğda və meslin idxal edilib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə idxal olunan buğda və unun miqdarı artıb.