Rusiya ilə liberal viza rejimini yenidən nəzərdən keçirə bilərik – Zurabişvili

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Prezident Salome Zurabişvili hesab edir ki, Gürcüstanın Rusiya ilə “kifayət qədər liberal” viza rejimi var və bu, indiki şəraitdə “daha ​​az məqbul” ola bilər. Bu barədə o, Kişinyovda Moldova Prezidenti Mariya Sandu ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Salome Zurabişvili qeyd edib ki, Rusiya vətəndaşlarının Gürcüstana girişi bir çağırışdır.

“Mən bunun təhdid olduğunu söyləməzdim, amma bu, çağırışdır. Onların arasında Gürcüstanın keçmiş vətəndaşları var. Onlar bu gün Rusiyada mövcud olan şəraitdən asılı olaraq Gürcüstana qayıdırlar, lakin müxtəlif səbəblərdən daxil olan Rusiya vətəndaşları da var. Burada əsas odur ki, ictimaiyyət əmin olsun ki, təhlükə yaranmaması üçün bütün nəzarət mexanizmlərindən istifadə olunur. Bunun üçün mən hesab edirəm ki, daha çox ünsiyyətə ehtiyac var, cəmiyyətimizin daha çox məlumatlandırılması lazımdır ki, bütün aspektlərdə bütün mümkün təhlükələr və məsələlər hökumət tərəfindən faktiki olaraq nəzərdən keçirilir və bütün tədbirlər görülür.

Həmçinin, istisna deyil ki, biz indiki şəraitdə kifayət qədər liberal olan və bu aqresiya şəraitində daha az məqbul sayıla bilən viza rejiminə yenidən baxmalı olacağıq. Amma bütün bunları hökumət, ictimaiyyətlə birlikdə və onu məlumatlandırmaq yolu ilə həll etməlidir”, - Salome Zurabişvili bildirib.

Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Rusiya vətəndaşları üçün viza məhdudiyyətinin tətbiqinə ehtiyac görmür. Onun sözlərinə görə, mövcud nəzarət mexanizmləri ölkənin üzləşdiyi çağırışlara tam cavab verir: “Əgər mövcud olan nəzarət mexanizmləri təhlükəsizlik baxımından ölkədə lazım olan standartı təmin edə bilməsə, bu, müzakirə o zaman ola bilər, lakin bu gün buna ehtiyac yoxdur”, - Xutsişvili qeyd edib.

Sentyabrın 21-dən, Rusiya prezidenti Vladimir Putin Ukraynada davam edən müharibə səbəbindən, qondarma qismən səfərbərlik elan etdi, yüz minlərlə vətəndaş Rusiyanı tərk etdi. Rusiya-Gürcüstan quru sərhədində, Yuxarı Lars tərəfində çox kilometrlik tıxac yarandı. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 21-26-da 53 mindən çox Rusiya vətəndaşı Gürcüstan sərhədlərinə daxil olub. Həmin dövrdə 35 minə yaxın Rusiya vətəndaşı Gürcüstanı tərk edib.

Rusiya Federasiyasının vətəndaşları və daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Gürcüstana vizasız daxil olmaq və bir il qalmaq hüququna malikdirlər. Gürcüstan vətəndaşlarının Rusiya ərazisinə daxil olmaq üçün isə viza tələb olunur.

 

Mövzü ilə bağlı:

https://www.sakartvelosambebi.ge/az/fakt-metr/kobaxidze-ruslar-uecuen-vizalarin-t-tbiqi-t-l-bin-ksenofobiyaya-qarsi-cavabimiz-s-rt-olacaq

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur