Rusiya işğal olunmuş Abxaziyada təhlükəsizlik riskləri barədə vətəndaşlarına xəbərdarlıq edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusiya Xarici İşlər Nazirliyi işğal olunmuş Abxaziyada təhlükəsizlik riskləri barədə öz vətəndaşlarına xəbərdarlıq edib.

Nazirliyin məlumatına görə, “Abxaziya vətəndaşı” 2019-cu ildə rusiyalı qadın turistə qarşı ağır cinayət törədən E.Q. Abuxba fevralın 2-də həbsdən azadlığa buraxılıb. Abuxbanın cəzası qondarma Ali Məhkəmə tərəfindən yüngülləşdirib, buna görə də Rusiya hökuməti təəccübünü ifadə edir.

“Bizim fikrimizcə, bu səs-küylü iş Abxaziya ədliyyəsinin respublika ərazisində törədilmiş cinayətlərə və cinayətkarlara tətbiq edilən cəzalara çox yumşaq münasibətindən xəbər verir. Aydındır ki, bu, hər il Abxaziya kurortlarına gələn çoxlu sayda xarici qonağın təhlükəsizliyi üçün risklər yaradır və bununla bağlı soydaşlarımızı xəbərdar etmək məcburiyyətindəyik”, - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

2021-ci ilin fevralında Soxumi Şəhər Məhkəməsi Edqar Abuxbanı 9 il müddətinə azadlıqdan məhrum edib. İş materiallarına görə, Abuxba 2019-cu ilin iyul ayında Rusiya vətəndaşı, 1999-cu il təvəllüdlü qadını Soxumidə yanmış hökumət binası kompleksinə gətirib, orada onu döyüb, zorlayıb, sonra da ona daşla xəsarət yetirib. O, qadına məxsus iki telefon və qızıl-zinət əşyalarını götürərək gizlənib. Abuxba zorlama, əxlaqsız hərəkət, quldurluq və qadına ağır bədən xəsarəti yetirməkdə təqsirli bilinib. Cinayəti törədən zaman Edqar Abuxbanın 17 yaşı olub.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur