Mayın və ya iyunun sonunda Rusiyanın Ukraynaya daha bir böyük hücumu gözlənilir. Prezident Volodimir Zelenski bunu Amerikanın “CBS News” telekanalına müsahibəsində bildirib və qeyd edib ki, Ukraynanın hazırda köməyə ehtiyacı var.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Zelenskinin sözlərinə görə, silah və sursat çatışmazlığına baxmayaraq, bu gün şərq cəbhəsində sabitlik qorunur.
“Biz vəziyyəti sabitləşdirmişik və iki-üç ay əvvəlkindən daha ürəkaçan mənzərə var. Biz bütün məlumatları tərəfdaşlarımızla bölüşürük və Rusiyanın əks hücuma hazırlaşdığını bildiririk. Bu mayın sonunda və ya iyunda ola bilər. İndi bizim torpaqlarımız uğrunda vuruşmalı olacaq müəyyən briqadaları hazırlamaq üçün köməyə ehtiyacımız var, xüsusən də Rusiyanın başlamaq istədiyi əks-hücum zamanı”, - deyə Zelenski bildirib.
Jurnalist ondan Ukraynanın gözlənilən əks-hücumu dayandırmaq üçün hansı silahlara ehtiyacı olduğunu soruşub və Zelenski belə cavab verdi:
“Məsələ ərazi itirməmək üçün indi nəyə ehtiyyacımız olduğudur. Əgər əks-hücumdan yox stabilləşmədən danışırıqsa, ilk növbədə hava hücumundan müdafiə və artilleriya mərmilərinə ehtiyyacımız var. Bizə lazım olan budur. Bunun necə baş verdiyini bilirsinizmi? Tərəfdaşlar deyirlər: “Biz sizə artilleriya verdik”. Bəli, amma mərmilərin sayı hər şey deyil. Bizə fərqli xüsusiyyətlər lazımdır. Baxmut və Avdiivkada, Lisiçanskda, Soledaredə və s. sizinki 20 kilometrdən az məsəfəyə atarkən, 20 kilometrdən çox məsafəyə artilleriya mərmisi atan düşmənlə döyüşmək həqiqətən çətin idi. Bizim artilleriya mərmisi cəmi 20 kilometrə qədərdir. Vəziyyəti qorumaq, sabitləşdirmək, saxlamaq üçün biz bərabərliyə malik olmalıyıq, hücum etmək üçün isə daha böyük gücə malik olmalıyıq”, - deyə Ukrayna prezidenti bildirib.
Onun sözlərinə görə, Ukraynaya ən çox Amerikanın “Patriot” raketdən müdafiə sistemləri və daha çox artilleriya lazımdır.
Zelenskinin qeyd etdiyi kimi, Rusiya ABŞ-ın Ukraynaya silah tədarükünün gecikdirilməsindən 100% istifadə edir: “50% yox, 100%. Demək olar ki, artilleriyamız qalmayıb... Putin Avdiivkanı tamamilə məhv edib, çünki onu tutmağa gücümüz çatmırdı. Bu çox çətin idi”.
Volodimir Zelenskinin sözlərinə görə, ABŞ-ın ayırdığı milyardlarla dollarlıq dəstəyin böyük bir hissəsi ABŞ-da qalır:
“On milyardlarla pul ABŞ-da qalır... Gəlin səmimi olaq. Konqres, administrasiya tərəfindən ayrılan pulun, əksər hallarda, 80%, ən azı 75% -dən çoxu ABŞ-da qalır. Bu sursatlar bizə gəlir, amma istehsal orada baş verir və pul da, vergilər də ABŞ-da qalır. Biz hər şeyə görə Amerika Birləşmiş Ştatlarına minnətdarıq, lakin bizim əldə etdiyimiz “Patriot” sistemləri ABŞ-dan gəlməyib. Başa düşməlisiniz ki, hər bir vahidi 1,5 və ya 2 milyard dollara başa gələn “Patriot” sistemlərinə pul ayırdıqda, bu sistemlər bizə başqa ölkələr üzərindən gəlir. Bu pul bizə çatmır. Bu da həqiqətdir”.
Zelenskiyə Putin hakimiyyətdə olduğu müddətdə müharibədə qalib gəlməyin mümkün olub-olmaması ilə bağlı da sual ünvanlanıb və onun cavabı bu cür olub: “Bəli, çünki o, ərazilərimizi, hətta kiçik kəndləri belə itirdikdə Rusiyada dəstəyini itirəcək. Bu bizə kifayətdir”.