“Biz müqavilə imzalamışıq və yaxın gələcəkdə Oçamçir rayonunda Rusiya Hərbi Dəniz Qüvvələrinin daimi bazası olacaq. Bütün bunlar həm Rusiyanın, həm də Abxaziyanın müdafiə qabiliyyətinin artırılmasına yönəlib və belə qarşılıqlı fəaliyyət davam edəcək. Bununla belə danışa bilmədiyim şeylər var”, - Bu barədə Rusiyanın “İzvestiya” nəşrinə müsahibəsində işğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniya bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Artıq Rusiyanın 7-ci hərbi bazası və Federal Təhlükəsizlik Xidmətinin sərhəd bölməsi Rusiyanın işğalı altında olan Abxaziyada yerləşir. Qalidə və işğal xəttinə yaxın kəndlərdə rus hərbi bazaları var.
Moskvanın 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasındaკი Sevastopolda yerləşən Rusiyanın Qara dəniz donanması 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra dəfələrlə Ukrayna qüvvələrinin hədəfinə çevrilib.
“Reuters” agentliyinin yazdığına görə, Sovet İttifaqının hərbi-dəniz bazasının olduğu Oçamçiredəki Rusiya bazasının yerləşdiyi yer haqqında məlumat ona işarə edə bilər ki, Rusiya Sevastopol üçün alternativ axtarır və həmçinin Türkiyə yaxınlığında Qara dəniz sahillərində hərbi mövcudluğunu genişləndirməyə çalışır.
“The Wall Street Journal” yazır ki, Rusiya Ukraynanın hücumlarına görə Qara dəniz donanmasının əsas hissəsini ilhaq etdiyi Krımdakı əsas bazasından çıxarıb.
Çərşənbə günü Bjaniya ilə görüşündə Putin hərbi-dəniz bazası ilə bağlı açıqlama verməyib, lakin Bjaniya "Rusiya tərəfinin təşəbbüsü ilə başlanan inteqrasiya proseslərində" iştirak etmək istədiyini bildirib.
2009-cu ildə Rusiya bazasının Oçamçirədə yerləşdirilməsi ilə bağlı danışıqlar başlayanda NATO hərbi alyansı narahatlığını ifadə etdi. Qara dəniz sahilindəki üç dövlət - Türkiyə, Bolqarıstan və Rumıniya “NATO”nun üzvüdür.
Rusiya Abxaziya və Tsxinvali bölgəsini 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra müstəqil dövlət kimi tanıyıb. Rusiyadan başqa sadəcə Venesuela, Nikaraqua, Nauru və Suriya Abxaziyanı müstəqil respublika kimi tanıyıb.
Müsahibədə Tiflislə münasibətlər məsələsinə toxunan Bjaniya enerji sahəsində əməkdaşlığa diqqət çəkib və deyib ki, bu əməkdaşlıq yalnız Enquri SES ətrafında mövcuddur.
“Biz bu stansiyada birlikdə işləyirik, bənd Gürcüstan ərazisində, stansiyanın özü isə Abxaziya ərazisindədir. Digər aspektlərə gəlincə, Cenevrə müzakirələrindən başqa, təmaslar praktiki olaraq yoxdur.
Biz Abxaziyanın Rusiya tərəfindən işğal olunması tezisi ilə razılaşa bilmərik. Bu, heç bir şəkildə reallığa uyğun gəlmir. Amma görünür, kiminsə bu barədə danışması vacibdir, çünki bu tezisi Gürcüstanın müttəfiqləri - ABŞ və Böyük Britaniya dəstəkləyir”, - Bjaniya qeyd edib.
Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya donanmasının Oçamçirədə yerləşdirilməsi ilə bağlı bəyanatlardan narahatlığını ifadə edib.
“Oxşar hərəkətlər Gürcüstanın suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasını və Abxaziya və Sxinvali rayonlarının qanunsuz işğalını qanuniləşdirmək üçün növbəti təxribat cəhdini ifadə edir. Biz Rusiya Federasiyasını beynəlxalq öhdəliklərə hörmət etməyə, Avropa İttifaqının vasitəçiliyi ilə 2008-ci il avqustun 12-də bağlanmış atəşkəs haqqında sazişi yerinə yetirməyə və Gürcüstanın ayrılmaz bölgələrinin qanunsuz işğalını dayandırmağa çağırırıq”, - Bu barədə nazirliyin oktyabrın 5-də yaydığı bəyanatda deyilir.