Parlamentin plenar iclasında vətəndaş “Gürcü Arzusu”nun deputatlarının üzərinə rus rublu atıb və üzərində “orientasiyası qarışıq rus hökumətinə yox, ailəlilərdən” yazılmış etiraz plakatı açıb. Parlamentin spikeri Şalva Papuaşvilinin tələbi ilə qadına iclas zalından ixrac edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hadisə Papuaşvilinin Məhdud Fiziki İmkanlı Şəxslərin Müdafiəsi Günü münasibətilə həmin şəxslərin parlamentə gəldiklərini dediyi və deputatları onları salamlamağa çağırdığı vaxt baş verib.
“Rus “koçnebası”na son! Rus rejiminə yox! Uşaqlarımızın gələcəyini neçə rubla satırsınız? Rus rejiminə yox! Rus arzusuna yox! Gürcüstana şöhrət!” - İclas zalının eyvanından etiraz plakatı ataçan və “Gürcü Arzusu”nun deputatlarının üzərinə rubl atan qadın qışqırıb.
Şalva Papuaşvili vətəndaşı qeyri-adekvat və radikal adlandırıb: “İndi hansı mövzudan danışırıqsa, siz bundan spekulyasiya üçün istifadə edirsiniz. Bu, şəxsən sizin nə qədər qeyri-adekvat olduğunuzu göstərir. Təəsüfvericidir. Ölkədə radikal insanlarımız da var. Zəhmət olmasa zaldan xaric edin”, - deyə parlamentin sədri bildirib.
Bir neçə gün əvvəl İrakli Kobaxidze mühafizəçinin müşayiəti ilə mühazirə oxuduqdan sonra pilləkənlərlə enərkən onun üzərinə Tbilisi Dövlət Universitetində də rus rublları atılıb. Kobaxidze o zaman bildirib ki, bunu ailə qurası olan orientasiyası qarışıq gənclər edib: “Bu gənclər bir neçə gün əvvəl parlamentin qarşısında dayanaraq baş nazirin ünvanına təhqiramiz ifadələr işlədiblər, bu halda onların tələbə statusunun heç bir əhəmiyyəti yoxdur. Düşünürəm ki, bu insanları düzgün yola yönəltmək lazımdır. Oğlanlar arvad almalı, qızlar evlənməli, çoxalmalıdırlar və s.”, - Kobaxidze iyunun 10-da bildirib.