İlin sonunda Rusiyadan Soxumi hava limanına sınaq uçuşu gözlənilir. Bu barədə nazirliyin nümayəndə heyəti ilə birlikdə işğal olunmuş Abxaziyaya üç günlük səfərə gələn Rusiyanın İqtisadi İnkişaf Nazirinin müavini Dmitri Volvaç bildirib. Gürcüstan hökuməti bu məlumatlara münasibət bildirməyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Rusiya İqtisadiyyat Nazirliyinin məlumatına görə, səfər çərçivəsində Soxumi hava limanı ilə bağlı yaradılmış işçi qrupunun iclası keçirilib, burada hava limanı vergiləri və aviaşirkətlər üçün tariflər, torpaq sahələrinin investora verilməsi, keçid məntəqəsinin avadanlığı üçün maliyyə mənbələri və təfərrüatlı yol xəritəsinin təsdiqi kimi məsələlər müzakirə edilib.
“Qeyd etmək vacibdir ki, Soxumi hava limanının yenidən qurulması layihəsi tam şəkildə Rusiyanın özəl investorunun büdcəsi hesabına maliyyələşdirilir. Rusiya üçün yeni hava limanı hazırda Rusiya vətəndaşlarının Abxaziyaya yeganə giriş nöqtəsi olan Soçi hava limanı və Adler keçid məntəqəsindəki sıxlığı aradan qaldıracaq. Abxaziya üçün bu, turist axınını artıracaq və respublikanın biznes sektorunun inkişafını aktivləşdirəcək. Biz, bu ilin sonunda yenidən qurulan hava limanında Rusiyadan sınaq uçuşunu gözləyirik”, - Dmitri Volvaç qeyd edib.
De-fakto respublikanın turizm nazirinin müavini Astamur Bartsitsa may ayında bildirmişdi ki, bu il Abxaziyaya 1,7 milyon rusiyalı turist qəbul edəcəklər. Onun məlumatına görə, ötən il Gürcüstanın işğal olunmuş bölgəsinə 1,4 milyona yaxın mütəşəkkil rusiyalı turist gəlib.
“Vladislav Ardzinba adına Soxumi Beynəlxalq Hava Limanı”nın bərpası haqqında qondarma saziş Rusiya və de-fakto Abxaziya hökumətləri arasında 2023-cü ilin iyununda imzalanıb. Aeroportun bərpasını Rusiyanın keçmiş daxili işlər naziri, hazırda Təhlükəsizlik Şurası katibinin birinci müavini Rəşid Nurqaliyevin oğlu Rəşid Nurqaliyevə (kiçik) məxsus “İnfrastruktur İnkişafı” MMC həyata keçirəcək. Şirkət 10 iyul 2023-cü ildə yaradılıb və Moskvada qeydiyyatdan keçib. Abxaziyanın de-fakto hökuməti hava limanını 49 il müddətinə rusiyalı investora verib.
Soxumi hava limanı 1960-cı illərdə açılıb və Soxumidən 18 kilometr aralıda, Babuşara kəndində yerləşir. 1993-cü ildə Abxaziyada davam edən münaqişə nəticəsində bağlanıb. Hava limanı Gürcüstanın Aviasiya İdarəsi tərəfindən sertifikatlaşdırılmayıb və ona, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) dörd rəqəmli yer kodu verilməyib. Ona görə də orada beynəlxalq uçuşlar həyata keçirilə bilməz. “ICAO” Abxaziyanı Gürcüstanın tərkib hissəsi kimi tanıyır və kod yalnız səlahiyyətli aviasiya orqanlarının müraciəti əsasında verilir.