Rusiya Ukraynanın enerji infrastrukturuna genişmiqyaslı hücum həyata keçirib 

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusiya Ukraynaya qarşı son vaxtların ən böyük hücumunu həyata keçirib. Martın 22-nə keçən gecə bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edilib. Rusiyanın hədəfləri müxtəlif regionlarda kritik enerji infrastrukturu - su və istilik elektrik stansiyaları, həmçinin əsas yarımstansiyalar olub.

Təyyarələr, “İskəndərlər”, “Kinjallar” və “X-101” tipli qanadlı raketlərindən istifadə etməklə Xarkov, Vinitsa, Sum, Lvov, Zaporojya və Dnepropetrovsk vilayətlərinə zərbələr endirilib.

“Ukrenerqo” dövlət şirkətinin rəhbəri Vladimir Kudritskinin qiymətləndirməsinə görə, Ukraynanın enerji sisteminə ən böyük hücum kombinasiyalı silahlardan istifadə ilə səciyyələnib.

“Bir çox regionlarda, xüsusən də, təəssüf ki, Xarkov şəhərində energetika obyektləri zədələnib.

Ukraynanın ən böyük su elektrik stansiyası olan Dnepr su elektrik stansiyasına da hücum olub. Stansiyada yanğın baş verib, lakin vəziyyət nəzarət altındadır. Volodimir Kudritskinin sözlərinə görə, bəndin yarılması təhlükəsi yoxdur.

Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, dünən gecəki hücumda 60-dan çox “Şahed” tipli pilotsuz uçuş aparatı və 90 müxtəlif növ raketdən istifadə olunub. Zelenski beynəlxalq tərəfdaşlarına xatırladıb ki, Ukraynaya köməkdən fərqli olaraq, Rusiya raketlərində gecikmə yoxdur.

“Gecikmənin və gecikmiş qərarların dəyərini başa düşmək vacibdir. “Patriot” sistemləri Xarkov və Zaporojyeni qorumalıdır. Hava hücumundan müdafiə vasitələri insanları, infrastrukturu, evləri və bəndləri qorumaq üçün lazımdır. Tərəfdaşlar nəyin lazım olduğunu dəqiq bilirlər. Onlar həqiqətən dəstək ola bilərlər. Bu qərarları qəbul etmək lazımdır”, - deyə Zelenski bildirib.

Rusiyanın hücumuitkilərlə də nəticələnib. Mövcud məlumata görə, Zaporijjyada azı 3 nəfər həlak olub, 14 nəfər yaralanıb, 3 nəfər isə itkin düşmüş hesab olunur.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur