Rusiyada 81 Avropa media vasitəsinə əlçatanlıq məhdudlaşdırılacaq - siyahıda “Der Spiegel”, “AFP” və “Politico” da var

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Aİ-nin 81 KİV-inin Rusiyada yayımı və onların internet saytlarına əlçatanlıq məhdudlaşdırılacaq. Xarici İşlər Nazirliyinin dərc etdiyi siyahıya Alman nəşrləri “Der Spiegel”, “Die Zeit” və “Frankfurter Allgemeine Zeitung”, Fransanın “France-Presse Agence” xəbər agentliyi, “Le Monde” və “Liberation” qəzetləri, İspaniyanın “El Mundo”, “El Pais” və “EFE” qəzetləri, İtaliyanın “La Stampa” və “La Repubblica” qəzetləri, eləcə də “Politico”nun Avropa və Amerika nəşrləri daxildir.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, məhdudiyyətlər “davam edən xüsusi hərbi əməliyyatla bağlı sistematik olaraq yalan məlumatlar yayan” KİV-lərə şamil edilir.

“Rusiya tərəfi dəfələrlə və müxtəlif səviyyələrdə xəbərdarlıq edib ki, Aİ-də rusiyalı jurnalistlərin siyasi motivli təqibləri və Rusiya mediasına əsassız qadağalar təsirsiz ötüşməyəcək. Rusiya mətbuatına qoyulan məhdudiyyətlər aradan qaldırılarsa, Rusiya tərəfi də qərara yenidən baxacaq”, - Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.

İyunun 25-dən Avropa İttifaqı Rusiyanın daha dörd təbliğat mediasına: “Ria Novosti”, “Avropanın Səsi”, “İzvestiya” və “Rossiyskaya Qazeta”ya əlçatanlığı bloklayıb. Avropa İttifaqı Şurasının məlumatına görə, adıçəkilən medialar Rusiya Federasiyası rəhbərliyinin daimi birbaşa və ya dolayı nəzarətindədir, Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibənin dəstəklənməsi, eləcə də qonşu dövlətlərdə sabitliyin pozulmasında mühüm rol oynayıb.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Avropa İttifaqı Kremlin təbliğatçı media vasitələri - “Russia Today” və “Sputnik”in işini dayandırıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur