“Biz Rusiyada baş verən prosesləri müşahidə etməliyik. Etməli olduğumuz yeganə şey budur. Təbii ki, hamını sülhə çağırıram. Budur, başqa heç nə”, - “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze medianın Milli Təhlükəsizlik Şurasının çağırılması və Gürcüstanla Rusiya arasında sərhədin bağlanmasının nəzərdə tutulubmu sualına bu cür cavab verib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kobaxidze jurnalistlərə “Gürcüstan Naminə” partiyasının lideri, keçmiş baş nazir Qiorqi Qaxariyanın bəyanatını şərh edib. Qaxaria hökuməti “ölkənin maraqlarını qorumağa” və “proqnozlaşdırıla bilinməyən vəziyyəti nəzərə alaraq və dövlətin təhlükəsizliyini qorumaq üçün Rusiya ilə sərhədləri müvəqqəti bağlamağa” çağırır.
“Əvvəllər, bu cür axmaqlığı Qaxariyanın özü belə deməyib. Ölkənin təhlükəsizliyi qorunur, hər şey qorunur. Bütün bu müddət ərzində dövlət qurumlarımız bunun qayğısına qalır. Dövlət təhlükəsizliyin keşiyində möhkəm dayanır və bizə heç kimin, xüsusən də bu məsələdə, Qaxariyanın göstərişinə ehtiyacımız yoxdur”, - Kobaxidze qeyd edib.
Hakim partiyanın sədri hesab edir ki, Lars sərhəd-keçid məntəqəsinin bağlanması axmaqlıqdır. Onun sözlərinə görə, Rusiyanın daxili siyasəti Gürcüstanın işi deyil.
“Biz heç bir dövlətin, o cümlədən Rusiyanın daxili siyasətinə qarışa bilmərik. Bu bizim işimiz deyil. Biz öz ölkəmizin qayğısına qalmalıyıq, ölkəmizin təhlükəsizliyini qorumalıyıq və Gürcüstan hökuməti, məhz, bunun qayğısına qalan budur”, - deyə İrakli Kobaxidze bildirib.
İyunun 23-də “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini “Vaqnerlər”in Ukraynadakı düşərgələrini bombalamaqda ittiham edib və “ədalət yürüşü”nə başlamağa söz verib. Onun sözlərinə görə, 25 min “Vaqnerli” “ölkədəki bu özbaşınbalığın niyə baş verdiyini” öyrənməyə gedir.
“Rusiya hərbi rəhbərliyi tərəfindən törədilən şər dayandırılmalıdır. Əsgər həyatına məhəl qoymurlar, “ədalət” sözünü unudublar, biz onu qaytaracağıq. Ona görə də bu gün bizim oğlanlarımızı və on minlərlə rus əsgərinin həyatını məhv edənlər cəzasını alacaqlar. Biz xahiş edirik ki, heç kim bizə qarşı çıxmasın... bizə qarşı çıxan hər kəsi təhdid hesab edib dərhal məhv edəcəyik”, - deyə Priqojin bildirib.
Rusiya Müdafiə Nazirliyi “Vaqner” mövqelərinin bombalanmasını yalan və təxribat adlandırıb. Federal Təhlükəsizlik Xidməti Priqojinə qarşı silahlı çevrilişə cəhd maddəsi ilə cinayət işi qaldırıb. Moskva şəhəri, Moskva və Voronej rayonlarında antiterror əməliyyatı rejimi elan edilib. Ötən gecə Moskva mərkəzinə də hərbi texnika çıxarılıb.
Hazırda “Vaqner”, Ukrayna sərhədi yaxınlığındakı Rostov-Dondakı hərbi obyektlərə, o cümlədən aerodroma nəzarət edir. Priqojin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüş tələb edir.
Prezident Vladimir Putin “Vaqner”in rəhbəri Yevgeni Priqojinin üsyanını “axrxadan vurulan zərbə” kimi qiymətləndirib və “xəyanət yolunu tutanların” hamısının “qaçılmaz cəza” ilə cəzalandırılacağını vəd edib.