Rusiyada Krım körpüsündə baş verən partlayışla bağlı Gürcüstan vətəndaşı qiyabi həbs cəzasına məhkum edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Moskvanın Basman Məhkəməsi Gürcüstan vətəndaşı Aleksandre İnasaridzeni Krım körpüsündə terror aktını təşkil etməkdə ittiham edərək qiyabi həbs cəzasına məhkum edib.

Rusiya mətbuatının məlumatına görə, məhkəmə istintaqın həbs qətimkan tədbiri kimi İnasaridzenin qiyabi həbsi ilə bağlı vəsatətini təmin edib. Bu gün məhkəmə eyni qərarı Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyukla bağlı da qəbul edib.

İki aylıq məhkəməyəqədər həbs müddəti təqsirləndirilən şəxslərin Rusiya Federasiyasının ərazisinə ekstradisiya edildiyi və ya Rusiyada həbs edildiyi andan hesablanır.

Aleksandre İnasaridze Rusiya Cinayət Məcəlləsinin üç maddəsi - terror aktı, qanunsuz olaraq partlayıcı maddələr və ya qurğuların əldə edilməsi, ötürülməsi, satışı, saxlanması, daşınması, göndərilməsi və ya gəzdirilməsi və partlayıcı maddələrin qaçaqmalçılığı ilə ittiham olunur.

2022-ci il oktyabrın 8-də sübh vaxtı Krım körpüsündə yük maşını partlayıb, nəticədə Rusiya tərəfinin məlumatına görə, sürücü də daxil olmaqla 5 nəfər həlak oldu. Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, heksogen əsaslı 21 ton partlayıcıdan ibarət partlayıcı qurğu yükün içərisində gizlədilib. Yük maşınını Rusiya vətəndaşı Mahir Yusubov idarə edib. İş materiallarına görə, onun planlaşdırılan cinayət barədə məlumatı olmayıb və partlayış uzaqdan həyata keçirilib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (“Efesbe”) əməkdaşları 5-i Rusiya, 3-ü isə Ukrayna və Ermənistan vətəndaşı olmaqla 8 nəfəri həbs edib. “Efesbe”nin məlumatına görə, partlayışın təşkilində Gürcüstan vətəndaşları Sandro İnasaridze və “Broker Levan” da iştirak edib. Gürcüstan Daxili İşlər Nazirliyi ölkənin “bu məsələ ilə heç bir əlaqəsi olmadığını” açıqlayıb.

İttihama görə, cinayətkarlar 2022-ci ilin iyulunda Ukraynanın Odessa limanına gətirilən və orada tikinti polietilen plyonkasına bükülmüş partlayıcı maddələrin böyük partiyasını xaricdən alıblar. Yük 22,7 ton olub və onun əsas hissəsi partlayıcı maddə olub. İş materiallarına əsasən, avqustun əvvəlində yük Bolqarıstanın Ruse şəhərinə göndərilib, oradan əvvəlcə Gürcüstanın Poti limanına, sonra isə Ermənistana gəlib. Yük İrəvan “Transalian” terminalında Avrasiya İqtisadi İttifaqının qaydalarına uyğun olaraq rəsmiləşdirilib və bu zaman sənədlərin bir hissəsi dəyişdirilib. Oktyabrın 4-də yük “DAF” markalı yük avtomobili ilə “Yuxarı Lars” keçid məntəqəsindən Gürcüstan-Rusiya sərhədinə aparılıb və iki gün ərzində Armavirin Krasnodar vilayətindəki topdansatış bazasına çatdırılaraq, Mahir Yusubovun idarə etdiyi rus seriya nömrəli yük avtomobilinə yerləşdirilib. Yük maşını işğal olunmuş Krıma, Simferopola gedirdi. Səhər saat 6:07-də ​​avtomobil partlayıb.

Rusiya prezidenti Vladimir Putin partlayışı terror aktı adlandırıb, bundan sonra “Efesbe” terror aktının təşkilatçısı kimi Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat bölməsinin rəisi Kiril Budanovu müəyyən edib.

Partlayışa görə məsuliyyəti Ukrayna Təhlükəsizlik Xidməti öz üzərinə götürüb. 2023-cü ilin avqustunda xidmətin rəhbəri Vasil Malyuk iki etibarlı işçi ilə birlikdə “xüsusi əməliyyatın hazırlanması və həyata keçirilməsində” şəxsən iştirak etdiyini bildirib.

Rusiya İstintaq Komitəsi işin istintaqını 2024-cü ilin fevralında başa çatdırıb və cinayətdə 13 nəfərin əli olduğunu, onlardan 8-nin həbs edildiyini, qalanlarının isə axtarıldığını açıqlayıb. Rusiyada onları ömürlük həbs gözləyir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur