Tbilisidə yaşayan rusiyalı fəal, Gürcüstanda Boris Nadejdinin Rusiya prezidentliyinə namizəd kimi qeydiyyatdan keçirilməsi üçün imzaların toplanmasına kömək edən qeyri-hökumət təşkilatı “Frame”in rəhbəri Maksim İvantsov ölkəyə buraxılmayıb. İvantsov deyir ki, sərhədçilər onu Rusiya və Gürcüstan düşməni adlandırıblar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Nadejdin üçün imza toplamaq məqsədilə yer ayırdığımız üçün məni buraxmadılar. İmzaları topladıqdan sonra problem yaşayan tək mən olmamışam. Uzun müddətdir ki, Gürcüstan hökuməti təkcə Gürcüstan siyasəti ilə bağlı ictimai bəyanatlara deyil, həm də rusiyalı anti-Putinist fəallara acı reaksiya verir”, - fevralın 25-nə keçən gecə Vilnüsdən Kutaisi Beynəlxalq Hava Limanına uçan İvantsov bildirib.
Fəalın sözlərinə görə, o, hava limanında siyasi sığınacaq istəyib. Bundan əlavə, vəkillə əlaqə saxlamaq istəsə də, sərhəd polisi buna imkan verməyib.
“Onlar güldülər və cavab olaraq məni təxminən 20 dəfə Rusiyaya göndərməklə hədələdilər. Təyyarənin kapitanı polisə etdiklərinin qanunsuz olduğunu dedi və məni təyyarəyə buraxmaqdan imtina erdi. Bundan sonra məni bir otağa kilidləyib, əşyaların böyük bir hissəsini, o cümlədən bütün avadanlıqlarımı əlimdən aldılar”, - Maksim İvantsov bildirir. Onun sözlərinə görə, niyə kilidlənməsi ilə bağlı ona izahat verməyiblər.
“Polislər mütəmadi şəkildə gəlib məni geri uçmağa məcbur edirdilər. Mən bununla razılaşmırdım və vəkillə danışmağı xahiş edirdim. Mənə dedilər ki, mən Rusiya və Gürcüstanın düşməniyəm, onlar da Gürcüstanın özüdür. Səhər saat 5 radələrində yenə gəlib dedilər ki, getməsəm, məni zorla aparacaqlar. Növbə rəisi əlimi sıxmağa başladı, mənə tərəf çevrildi və nədənsə tabeliyində olanlara ağ əlcək geyinməyi əmr etdi. Sonra “yaxşı polis” gəlib mənə dedi: burada səni heç kimi döyməyib, nə də döyməyəcək. Mən ona dedim ki, o, artıq mənim əlimi sıxdı, o isə məni döymədiyini dedi. Mən təslim oldum və geri uçdum. Məni Macarıstana göndərdilər. “Vizeri” ora uçurdu.
Fəal Gürcüstana yenidən girməyə çalışacağını deyir. “Mən qərardan, mənə qarşı rəftardan şikayət edəcəyəm və Avropa İnsan Haqları Məhkəməsinə gedəcəyəm”, - İvantsov qeyd edir.
Bu, Rusiyanın Ukraynaya təcavüzündən sonra Gürcüstana köçən rusiyalı siyasi fəalın ölkəyə yenidən girişinə icazə verilmədiyi ilk hal deyil. Cənubi Qafqaz üzrə “Azad Rusiya” Fondunun direktoru Eqor Kuroptev deyir ki, təkcə ötən həftə iki Rusiya vətəndaşı sərhəddən geri qaytarılıb.
“Hər iki halda polis Gürcüstanın hava limanlarında qayıdış reysini gözləyən fəallara müvafiq şəxslərlə əlaqə qurmaq imkanı verməyib.
Bu, təkcə siyasi səbəblərdən onların yeganə evi olan ölkəyə qayıtmaq imkanından məhrum edilmiş insanların hüquqlarının pozulması kimi deyil, həm də Kremlin aqressiv siyasətini bölüşməyən insanlara və qruplara qarşı siyasi təzyiq kimi qiymətləndirilə bilər”, - Kuroptev bildirib.
Gürcüstan hökuməti bu məsələyə münasibət bildirməyib.
Rusiya Dövlət Dumasının keçmiş deputatı Boris Nadejdin 2024-cü il prezident seçkilərində müharibənin əleyhinə çıxış edən yeganə namizəd olub. Onun qeydiyyatı üçün 200 mindən çox Rusiya vətəndaşının imzası toplanıb ki, onlardan 5 minə yaxını Gürcüstandadır. Fevralın 8-də Mərkəzi Seçki Komissiyası 9 minə yaxın imzanın həqiqiliyini tanımayıb və Nadejdini prezidentliyə namizəd kimi qeydə almaqdan imtina edib.