Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini, senator Vladimir Cabarov Gürcüstanın birbaşa hava nəqliyyatının bərpası məsələsi ilə bağlı Rusiyaya müraciət etdiyini bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bir neçə həftə əvvəl Gürcüstan “Aeroplot” [sanksiya olunmuş Rusiya aviaşirkəti] təyyarələrinin uçuşunun bərpası ilə bağlı bizə müraciət etmişdi. Bu mövzu Gürcüstanda hakim partiya tərəfindən dəstəklənsə də, Gürcüstan prezidenti deyib ki, yox, buna yol vermək olmaz. Bunda pis nə var? Bir çox gürcü Rusiyada işləyir, onların böyük qohumluq əlaqələri var. Böyük məmnuniyyətlə gəlirlər, turistlərimiz də gedirdi ora”, - Cabarov bildirib.
Rusiyalı senatorun sözlərinə görə, Avropa İttifaqı Gürcüstanın işlərinə “həyasızcasına müdaxilə edir” və ona deyir ki, “heç bir halda bu əlaqələr bərpa olunmamalıdır”.
“Təsəvvür edin ki, Rusiya və ya Avrasiya İqtisadi Şurası hansısa ölkəyə gedir və deyir: Amerikalılarla dost olmamalısınız və ya britaniyalılarla dost olmamalısınız. Bu gülməlidir, onlar isə bunun mümkün olduğunu düşünürlər”, - Vladimir Cabarov dünən, fevralın 8-də verdiyi müsahibəsində qeyd edib.
Gürcüstan hökumətinin nümayəndələri Cabarovun bəyanatına hələ ki, münasibət göstərməyiblər.
Gürcüstanla Rusiya arasında üç il əvvəl dayandırılmış hava əlaqəsinin bərpası məsələsi 2023-cü il yanvarın 18-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Gürcüstan hakimiyyətini “cəsarət”inə görə açıq şəkildə tərifləməsindən sonra aktuallaşıb. Lavrov qeyd edirdi ki, Qərbin təzyiqlərinə baxmayaraq, Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmur və o, sevinir ki, “münasibətlər fəal şəkildə inkişaf edir”. Lavrov ümid etdiyini bildirib ki, tezliklə birbaşa hava nəqliyyatının bərpası mümkün olacaq. Daha sonra Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri, Lavrovun keçmiş deputatı Qriqori Karasin bildirib ki, Rusiya uçuşları bərpa etməyə hazırdır, amma ki, “tanqo üçün iki tərəf lazımdır”.
Gürcüstanın hakim partiyası Rusiyanın hava uçuşlarını bərpa etməsini alqışlayır. “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze bunu onunla izah edir ki, 2019-cu ildə tətbiq olunan sanksiyalar Rusiyada yaşayan 800 min Gürcüstan vətəndaşının vəziyyətini ağırlaşdırıb. “O zaman, 2019-cu ildə birtərəfli qərar verən şey, 2023-cü ildə tanqoya ehtiyac duymur. Bunun üçün 2023-cü ildə də birtərəfli qərar lazımdır. Ona görə də hansısa ikitərəfli rəqsdən danışmağa ehtiyac yoxdur”.
Rusiya ilə birbaşa uçuşların bərpası Prezident Salome Zurabişvili üçün qəbuledilməzdir, o, “Gürcü arzusu”nun Rusiyada yaşayan gürcülərin problemlərini yüngülləşdirəcəyi ilə bağlı arqumentini bölüşmür.