Xabarovskda yerləşən “Dalenerqomaş” maşınqayırma zavodu 30 illik fasilədən sonra Gürcüstana texniki avadanlıq ixrac etməyə başlayır. Rusiya mətbuatının yazdığına görə, 2023-cü ildə azot qaz generatorları kimya zavoduna - mineral gübrələr istehsal edən “Rustavi Azot”a göndəriləcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Sovet İttifaqı dövründə orada [Gürcüstanda] mineral gübrələr istehsal edən kimya zavodu tikilmsinin də töhfəsi ilə, müəyyən əlaqələr qalmışdı, biz onları yenilədik və işləyirik”, - “Dalenerqomaş”ın ixrac departamentinin meneceri Aleksandr Mikuşov Xabarovsk telekanalına bildirib.
Televiziya şirkətinin məlumatına görə, şirkət Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra bank köçürmələrində problemlərlə üzləşsə də, adaptasiya ola bilib və hazırda bütün müqavilələri rublla imzalayır. Bundan əlavə, mütəxəssislərə yeni logistika zəncirinin yaradılması lazım olub.
“Kimya zavodu üçün azot qazı generatoru kimi iri məhsullara gəlincə, təyinat məntəqəsinə – Qazaxıstan, Gürcüstan və ya Özbəkistana çatdırılma avtomobillərlə həyata keçirilir, Hindistana isə biz onu əsasən konteynerlə, dəniz yolu ilə göndəririk”, - deyə Mikuşov bildirib. Özünün dediyi kimi, bu il Gürcüstan müəssisəsi ilə “iri həcmli müqavilə” imzalanıb.
“Dalenerqomaş”ın baş mühəndisi Vyaçeslav Kondratyuk qeyd edir ki, sovet dövründə Xarkovun (Ukrayna) “Giprokoks” layihəsi əsasında tikilmiş metallurgiya zavodlarında generatorların dəyişdirilməsi çox çətindir - “buna görə də bu günə qədər bizim generatorlardan istifadə olunur, hissələr tədarük olunur. Maşınlar 50 il müddətində işləyir”.
“Dalenerqomaş” metallurgiya kompleksi və kimya sənayesi zavodları üçün kompressorlar, təzyiq və elektrik avadanlıqlarının istehsalında ixtisaslaşıb. Müəssisə Belarus, Bolqarıstan, Hindistan və İran da daxil olmaqla, onlarla ölkəyə avadanlıq tədarük edir.