“Təbii ki, belə bir şey narahatlıq vericidir və Gürcüstanda ictimai məlumatlandırma üçün hadisələrin inkişafına diqqət kəsilənlər var. Burada medianın və bəzi qeyri-hökumət təşkilatlarının ictimaiyyətin bu cür əməliyyatlar haqqında məlumat sahibi olmasına kömək etməsinin əhəmiyyəti özünü göstərir. Ərazinizin 20 %-nin Rusiya tərəfindən işğalı Rusiyaya etibar edilməməsinin daim xatırladılmasıdır”, - ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan “Gürcüstan Xəbərləri”nə müsahibəsində Raca və Kvemo Svanetidə 104.712 hektar meşənin 49 il müddətinə David Xidaşeliyə verilməsi ilə bağlı deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ukraynada müharibə iki ay əvvəl başlayan vaxt, Gürcüstan hökuməti Rusiyanın ən böyük “Sistem” korporasiyasının keçmiş vitse-prezidenti Ukrayna və Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalan Putinə yaxın rusiyalı oliqarx Vladimir Yevtuşenkovun ortağı David Xidaşeliyə yarım əsr boyunca Rusiyanın işğal etdiyi ərazilərlə həmsərhəd 105 min hektara qədər meşə sahəsi verib.
Hökumət bu qərarları gizli saxlayırdı və indiyə qədər ictimaiyyətə tam açıqlamır. “Mtis Ambebi” və “Yaşıl Alternativ” assosiyasiyası 9 ay əvvəl Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinə ictimaiyyətə məlumatların tam şəkildə çatdırılması tələbinin yerinə yetirilməsi məqsədilə məhkəməyə müraciət ediblər. Hakim hələ işə baxmağa başlamayıb. Gürcüstan hökumətinin və Ətraf Mühitin Milli Agentliyinin David Xidaşelinin şirkətinə meşə və orada ovçuluq təsərrüfatlarının yaradılması üçün “HG Capra Kaukasika” MMC-yə lisenziya vermək qərarları məhkəməyə şikayət edilib. Lisenziya şərtlərinə görə, Xidaşeli regiona maral və Qafqaz bizonu (Avropa bizonu) gətirməli və yetişdirməlidir. Həvəskar və idman ovçuluğunu, koqnitiv, rekreativ, macəra və ekoturizmi inkişaf etdirmək məqsədilə meşələrdə turizm infrastrukturu qurmalıdır. Xidaşeli hektara 11 lari (investisiya öhdəliyi ilə 58,7 lari) ödəyir.
“Gürcülərin tarixi təcrübəsi Rusiyaya qarşı ehtiyatlı olmağın əsasdır. Onlar çoxlu vədlər verirdilər, amma çox azı yerinə yetirilirdi. Rusiya əsrlər boyu bir çox başqa vədlərini yerinə yetirə bilmədiyi kimi, 2008-ci il müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilmədi. Beynəlxalq forum vasitəsilə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə və bu ərazi bütövlüyünün sülh yolu ilə bərpasına dəstək son dərəcə vacibdir”, - ABŞ səfiri qeyd edib.
David Xidaşeli “Kartoqraflar işi” adlanan hadisədə əsas simadır. 2020-ci il parlament seçkiləri öncəsi prokurorluq Dövlət Sərhədinin Delimitasiyası və Demarkasiyası Komissiyasının keçmiş üzvləri İveri Melaşvili və Nataliya İliçovanı həbs edib. 2021-ci ilin yanvarında “Gürcü arzusu”nun lideri Bidzina İvanişvili ictimai yayımçının efirində xəritələri gətirdiyinə görə David Xidaşeliyə təşəkkür edib, belə ki, İvanişvilinin təbirincə, o, gürcü mədəniyyətinin ən mühüm abidəsinin, “David Qarecinin yarıya bölünməkdən” xilas edib. İrakli Qaribaşvili Melaşvili və İliçovanı vətənə xəyanətdə ittiham edib - “onlar Gürcüstan sərhədini Azərbaycanın xeyrinə razılaşdırıblar”. Məhkəmədə “kartoqrafların işi”nin müzakirəsi hələ də davam edir.