Baş nazir İrakli Ğaribaşvilinin sözlərinə görə, Gürcüstan Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edərsə, ölkənin iqtisadiyyatı çökəcək və milli maraqları zədələnəcək. Ğaribaşvili bunu Qətər İqtisadi Forumunda çıxışı zamanı ona sanksiyaların tətbiq edilməməsinin Avropa İttifaqına daxil olmaq iddiasında olan Gürcüstana nə qədər ziyan vuracağını soruşduqda bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Rusiyaya qarşı, oxşar ikitərəfli iqtisadi sanksiyalar tətbiq etsək, Gürcüstanın iqtisadiyyatı çökəcək, xalqımıza ziyan vuracağıq. Yaxşı bilirsiniz ki, 2008-ci ildə bizdə müharibə olub. Bizdə müharibə olan zaman Rusiyaya qarşı sanksiyalar tətbiq edən kimisə xatırlayırsınız? Dünyada heç kəsin, heç birinin nə düzgün, nə də adekvat reaksiyası oldu. buna görə də mənim sualım bu cürdür- məntiq haradadır? Bizim müharibə müharibə deyil, Ukraynadakı müharibə isə müharibədir?”, - Ğaribaşvili soruşub.
Gürcüstanın baş nazirinin qeyd etdiyi kimi, o, 2008-ci il müharibəsindən sonra Rusiya ilə biznesin adi qaydada davam etməsinə çox məyus olub.
Gürcüstanın Rusiya ilə ticarət dövriyyəsi bir milyard dollardan azdır. Müqayisə üçün qeyd edək ki, Aİ bizim bir il ərzində etdiyimiz ticarəti cəmi dörd gündə edir. Gülməlidir, elə? Rusiyanın ticarət dövriyyəsindəki payımız 0,3% təşkil edir və burada heç bir məntiq yoxdur. Bu, bizim milli maraqlarımızı, ölkəmin milli maraqlarını məhv edər, zədələyərdi”, - deyə baş nazir bildirib.
Ğaribaşvili Rusiya ilə Gürcüstan arasında birbaşa hava əlaqəsinin bərpasını da şərh edib. Plenar müzakirənin aparıcısı, ona ABŞ Dövlət Departamentinin bəyanatını xatırladıb, ona əsasən indi heç bir ölkənin Rusiya ilə münasibətlərini yaxşılaşdırmaq vaxtı deyil. “Dostlarınızı qıcıqlandırırsınız, yoxsa, bu uçuşlarla bağlı hansı mövqedəsiniz?”, - Aparıcı soruşub.
“İlk növbədə, Amerika Gürcüstan üçün çox vacib strateji tərəfdaşdır və biz Amerikanın bizim üçün etdiyi hər şeyə görə çox minnətdarıq. Avropaya çox minnətdarıq.
Gürcüstanın öz milli maraqlarına sahib olmaq üçün suveren hüquqları var. İzah etdiyim kimi, bizim Rusiya ilə iqtisadi-ticari əlaqələrimiz var, Rusiyada diaspor olaraq yaşayan bir milyon gürcü, etnik gürcü var və Rusiya ilə birbaşa uçuşlar, məncə, adi məsələdir. Bu o demək deyil ki, biz Rusiya ilə hər hansı siyasi məsləhətləşmələr aparırıq.
Qeyd etdiyim kimi, bu, Aİ və Amerikanın Rusiya ilə etdiyi kimi, bizim iqtisadi və ticarət əlaqələrimizin tərkib hissəsidir. Rusiya ilə normal ticarət əlaqələri var”, - Ğaribaşvili cavab verib.
Bundan əlavə, Gürcüstanın baş naziri bildirib ki, Gürcüstanın NATO və Avropa İttifaqına yaxınlaşması üçün əlindən gələni etmək onun marağındadır.