Rustavi meriyası Şəhər Şurasını məhkəməyə şikayət edir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rustavi şəhərinin meri Nino Latsabidzenin sözlərinə görə, müxalifətin çoxluq təşkil etdiyi Şəhər Şurası meriyanın təqdim etdiyi məsələləri icclasın müzakirəsinə götürmür və əsassız olaraq geri qaytarır. Bu səbəbdən Rustavi meriyası şəhər şurasına qarşı məhkəməyə müraciət edib.

“Son iki il ərzində, hazırkı Şəhər Şurası fəaliyyətə başladıqdan sonra Rustavi meriyası şəhərin inkişafı üçün zəruri olan layihələrin planlaşdırılması və həyata keçirilməsinə paralel olaraq, Şəhər Şurasında çoxluq təşkil edən “Milli Hərəkat”  və “Gürcüstan Naminə” partiyası üzvlərinə qarşı zərərli fəaliyyətsizlik rejimindən çıxaraq Şəhər Şurasını öz funksiyasına qaytarmaları üçün sistemli şəkildə mübarizə aparır. Gələn il üçün də çox mühüm yeniliklər planlaşdırırıq və bunun fonunda öz funksiyasını itirmiş, dar siyasi məqsədlərdən kənara çıxmayan Şəhər Şurası şəhərə ciddi ziyan vuracaq. Məhkəməyə getməyə məcbur olduq. Bir neçə on milyonlarla lari investisiya yatırılması və şəhərdə yeni iş yerlərinin yaradılması süni şəkildə gecikdirildikdə, biz bütün qanuni rıçaqlardan istifadə etməyə və bu görünməmiş zərərə son qoymağa borcluyuq", - Rustavi meri deyib.

Meriya Şəhər Şurasının Məkan Təşkili və İnfrastruktur Komissiyasına meriyanın tikintilərlə bağlı layihələrinə baxılmasını və Şəhər Şurasının iclaslarında təqdim edilməsini tələb edir.

Rustavi Şəhər Şurasının sədri Nodar Şerozianın sözlərinə görə, mer şəhər şurasının hər hansı proqramın həyata keçirilməsinə və ya büdcədə dəyişikliklərin qəbuluna mane olması halının adını çəkə bilməz, lakin məsələ tərtibatçılarının maraqlarının təmin edilməsinə toxunduqda problemlər yaranır.

Şəhər Şurası sədrinin birinci müavini jurnalistlərə şagird-gənclər məkanını göstərib, onun dediyinə görə, reabilitasiya zamanı ora uçub, lakin bələdiyyə işləri görən şirkətə yenə də bir milyon laridən çox pul ödəyib.

Rustavi Şəhər Şurasının 35 üzvündən cəmi 16 deputat “Gürcü Arzusu”nu təmsil edir – hakim partiya azlıqdadır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur