Rustavidə Dumbadze küçəsində kişi odlu silahdan atəş açaraq yoldaşını və qaynanasını qətlə yetirib. Hadisə qadınlar uşaq arabasında uşaq gəzdirərkən baş verib. Qətl törətməkdə təqsirləndirilən şəxs saxlanılıb. Bir yaşa qədər olan uşaq sağ qalıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qəza yerində istintaq işləri indiyədək davam edir. Hadisə şahidlərinin sözlərinə görə, beş atəş səsi eşidilib. Onların məlumatına görə, həmin şəxs qətldən sonra qaçmayıb və çox güman ki, polisi özü çağırıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 109-cu (ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
2014-2023-cü illərdə Gürcüstanda 200-dən çox qadın qətlə yetirilib: 2014-cü ildə - 33 qadın; 2015-ci ildə - 17 qadın; 2016-cı ildə - 28 qadın; 2017-ci ildə - 22 qadın; 2018-ci ildə - 18 qadın; 2019-cu ildə - 15 qadın; 2020-ci ildə - 22 qadın; 2021-ci ildə - 18 qadın; 2022-ci ildə - 22 qadın; 2023-cü ildə - 24 qadın.