Səhiyyə Nazirliyində onkoloji xəstələrin və xəstə təşkilatlarının nümayəndələrinin iştirakı ilə işçi iclası keçirilib. Nazirlikdən verilən məlumata görə, nazir Mixeil Sarjveladze onlara müxtəlif müalicə üsulları üçün lazım olan dərman vasitələrinin buraxılması qaydalarının yeni layihəsini təqdim edib, ona əsasən dərmanlar birbaşa tibb müəssisələrində olacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Benefisiarlar artıq aptek şəbəkələrindən dərmanları klinikaya özləri gətirməli olmayacaqlar, prosedur üçün gələn bütün xəstələr dərmanı müəssisədə əldə edəcəklər”, - Mixeil Sarjveladze bildirib və qeyd edib ki, dəyişikliyin məqsədi ölkədə onkoloji xəstəliklərin müalicəsini daha əlçatan qılmaqdır.
“Həyat Naminə İttifaq” təşkilatının yaradıcısı olan və aylardır xərçəng xəstələrinə sərfəli müalicə tələb edən Qvança Apxaidze görüşə dəvət edilmədiklərini deyir. O, dərmanların buraxılması üsulunun dəyişməsini müsbət qiymətləndirir. Lakin o deyir ki, bir həftə ərzində həyata keçirilə biləcək dəyişikliklər aylar çəkməməlidir.
“Səhiyyə Nazirliyinin sərəncamı var ki, yanvar ayından hər kəs tam müalicəyə keçəcək. Təəssüflər olsun ki, Səhiyyə Nazirliyinin iyul ayında etdiyi yeganə dəyişiklik xəstələrin dərmanların klinikalarda verilməsi ilə bağlıdır.
Təbii ki, bu, müsbət addımdır, amma Türkiyəyə gedən xəstələr bu dərmanları necə qəbul edəcəklər?!”, - Qvança Apxaidze deyir.
Onkoloji xəstələrinin sözlərinə görə, onların qarşılaşdıqları əsas problem həyat üçün lazım olan dərmanların qıtlığıdır. Bundan əlavə, dövlət ilkin tədqiqatları və diaqnostikanı, müalicə nəticəsində yaranan yan təsirlərin idarə edilməsini, reanimissiyada olan xəstələrin monitorinqini və planlaşdırılmış tədqiqatları maliyyələşdirmir.