Şərq Tərəfdaşlığı Milli Platforması parlamentlə memorandumu dayandırıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“200-ə yaxın təşkilat hakim partiyanın cəmiyyətə qondarma “Agentlər haqqında qanun”un geri qaytarılmayacağı barədə verdiyi vədi pozduğuna görə təhqir olunuruq” - bu barədə Şərq Tərəfdaşlığının Gürcüstan Milli Platformasının (EaP CSF) parlamen sədri Şalva Papuaşvili, baş nazir İrakli Kobaxidze və “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişviliyə ünvanladığı müraciətində deyilir.

Təşkilatlar Rusiya tərzində anti-Avropa hərəkətlərinə qarşı olduqlarını və hakim komandanın rus qanunlarını yenidən tətbiqinin “dövlət maraqları, mədəniyyəti və gürcü ənənələri ilə bir araya sığmadığına” inandıqlarını bildirirlər.

“Vədi pozmaq, sözünü geri götürmək Rusiya siyasətinə səciyyəvi xüsusiyyətdir ki, Rusiya bundan sonra dəfələrlə sivil dünyaya, o cümlədən Gürcüstana qarşı istifadə edib. Bu, Gürcüstanın və onun hər bir vətəndaşının nüfuzuna xələl gətirir. Qanun layihəsinin yenidən gündəmə gəlməsi Gürcüstanın Avropaya inteqrasiyasına ziddir və onun qəbulu son nəticədə gürcü əhalisinin tarixi məqsədini - Avropa İttifaqına üzv olmaq məqsədini pozacaq.

Biz milli platformanın üzv təşkilatları olaraq Gürcüstan parlamenti ilə dialoq yolu ilə Avropaya gedən yolda irəliləməyə çalışırıq. Məhz bu məqsədlə biz əməkdaşlıq memorandumu imzalamışıq və bu memorandum Avropa İttifaqı tərəfindən vətəndaş sektoru ilə qanunverici orqan arasında əməkdaşlıq nümunəsi kimi müsbət qiymətləndirilmiş, lakin bu gün ölkənin dövlət maraqlarına qarşı yönəlmiş qanun layihəsinin təşəbbüskarı olmuşdur. “Gürcü Arzusu” bizim həm əməkdaşlığa, həm də Avropaya inteqrasiyaya gedən yolumuzu kəsir. Gürcüstanın Milli Platforması memorandumun fəaliyyətini dayandırır.

Biz tələb edirik ki, Gürcüstanın qərb istiqamətində irəlləyişinə edilən sabotaja son qoyulsun. Rəhbər komanda təşəbbüsü irəli sürülmüş qanun layihəsini yenidən geri götürməlidir.

Gürcüstanın Milli Platformasına üzv olan təşkilatlar Avropaya inteqrasiyanın keşiyində möhkəm dayanırlar. Biz Gürcüstanın demokratiyasını, azadlığını, ədalətini, bərabərliyini, milli maraqlarını sarsılmaz şəkildə müdafiə edəcəyik və heç kimin bizi bir çox nəsillərin öz mübarizəsi ilə qazandığı Avropa gələcəyindən məhrum etməsinə imkan verməyəcəyik”, - müraciətdə deyilir.

Hakim partiya 2023-cü ilin martında etirazlar və beynəlxalq təzyiqlər səbəbindən ləğv edilən “xarici agentlər haqqında” qanunu üç oxunuşda qəbul etmək niyyətindədir. Qanun layihəsinin mətni eyni olacaq, yalnız “xarici təsir agenti” adlanması “xarici güclərin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz olunacaq. Bu gün keçirilən brifinqdə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze qeyd edib ki, qanun layihəsinə sürətləndirilmiş qaydada baxılmayacaq və hətta keçənilkindən daha böyük etiraz olsa belə geri götürülməyəcək. “Heç bir halda. Bu, prinsipial məsələdir”, - Mdinaradze bildirib. İndiyədək “Gürcü Arzusu”nun liderləri qanun layihəsinə qayıtmayacaqlarını və bu məsələ bağlandığını bəyan etmişdilər. Rus qanununun yenidən icra olunmasını partiyanın fəxri sədri Bidzina İvanişvili də dəstəkləyir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur