Gürcüstanın keçmiş müdafiə naziri və “Formula” televiziya şirkətinin sahibi Davit Kezeraşvili qlobal fırıldaqçılıq sxemində iştirakını inkar edir və “BBC”nin jurnalist araşdırmasında təsvir olunan zəng mərkəzləri məsələsi ilə heç vaxt əlaqəsinin olmadığını bildirir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kezeraşvili istintaq materialı dərc edildikdən sonra bəyanat yayıb. Özünün dediyi kimi, Britaniya İctimai Yayımçısını yüksək jurnalist standartlarına malik bir vasitə hesab etməsinə baxmayaraq, özü ilə bağlı məsələlərdə çoxlu sualları var.
“Mən tam məsuliyyətlə bəyan edirəm ki, mən heç vaxt belə sxemlərdə iştirak etməmişəm, ona görə də bu materialın mənə vurduğu zərəri göz ardı etmək fikrində deyiləm, xüsusən də Gürcüstan hökumətinin mənə qarşı siyasiləşmiş mühakimə həyata keçirməsi, mənim iştirakımla yaradılmış bir sıra beynəlxalq təşkilatlar tərəfindən və ABŞ Dövlət Departamentinin hesabatlarında tanınan “Formula” teleşirkətinə qarşı da hakim partiyanın kampaniya hücumları fonunda.
Britaniyanın İctimai Yayım platformasında yayımlanan materialda həm faktların qeyri-dəqiqliyini, həm də onların yanlış şərh edilməsi nəticəsində irəli sürülən yanlış fərziyyələri sübut etmək üçün bütün hüquqi imkanlardan istifadə edəcəyəm və bu, çox çəkməyəcək.
Zəng mərkəzləri mövzusu ilə bağlı istintaq strukturları ilə əməkdaşlıq etməyə həmişə hazır olduğumu bildirmişəm və bu gün də hazıram, xüsusilə, siyasi mühacirətdə olan bir şəxs kimi mənim yaşayış yerim ədalət sisteminə heç kimin şübhə etmədiyi Böyük Britaniyadır”, - deyir, Davit Kezeraşvili.
“BBC” yazır ki, Kezeraşvilinin adi insanların bir milyard dollardan çox pulunu talayan Milton Qrupu ilə əlaqəsi var. Jurnalist araşdırmasına görə, Kezeraşvilinin Kiyevdə fırıldaqçı zəng mərkəzinin və proqram təminatı ilə məşğul olan texnologiya firmalarının yerləşdiyi ofis binası var. Kezeraşvilinin Tiflisdəki ofislərində də eyni texnologiya firmaları fəaliyyət göstərirdi.
2021-ci ilin sentyabrında Gürcüstanın Ali Məhkəməsi Davit Kezeraşvilini vəzifə səlahiyyətlərindən istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib və 5 il müddətinə azadlıqdan məhrum edib. 2023-cü ilin martında Tbilisi Apellyasiya Məhkəməsi Kezeraşvilini Müdafiə Nazirliyinə 5 milyon 60 min avro ödəməyə öhdələndirib. “Formula” teleşirkəti bəyan edib ki, Gürcüstanda Davit Kezeraşvilinin adına olan yeganə mülk televiziyanın 51 % payıdır və məhkəmənin qərarı tənqidi medianın fəaliyyətinə mane olmaq məqsədi daşıyır.