Milli Məclisin Hüquq komitəsi üçüncü oxunuşdan ikinci oxunuşa qaytarılmış “Deoliqarxizasiya haqqında” qanun layihəsini müzakirə edib. Venesiya Komissiyasının tövsiyyələrini aldıqdan sonra qanun layihəsində bir sıra dəyişikliklər edilib, şəxsi oliqarx kimi tanımaq səlahiyyəti Gürcüstan hökumətinin yerinə Korrupsiyaya qarşı mübarizə bürosunun olacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Venesiya Komissiyası şəxsin oliqarx kimi tanınması prosesini siyasiləşdirməməyi tövsiyə edib. Biz bu yanaşma və tövsiyəni nəzərə almışıq və şəxsin oliqarx kimi tanınması səlahiyyətinin Gürcüstan hökumətindən 12 bəndlik plan çərçivəsində yaradılmış Korrupsiyaya Qarşı Mübarizə Bürosuna verilməsini təklif edirik. Bu məsələ tamamilə depolitikləşəcək. Bizim yaratdığımız Korrupsiyaya Qarşı Mübarizə Bürosu Gürcüstan parlamentinə və qurumlararası korrupsiyaya qarşı mübarizə şurasına hesabat verir, büronun rəhbəri siyasiləşməyən şəxsdir, müstəqillik təminatlarından istifadə edir və buna görə də o, mümkün hər cür siyasətdən uzaq, siyasiləşməyən bir qurum olacaq”, - bu barədə komitənin sədri Anri Oxanaşvili bildirib.
Korrupsiyaya Qarşı Mübarizə Bürosu şəxsi təşəbbüsü ilə yaxud Gürcüstan hökuməti üzvünün, Milli Təhlükəsizlik Şurasının, Milli Bankın, Dövlət Təhlükəsizlik Xidmətinin və ya Milli Rabitə Komissiyasının daimi üzvünün müraciəti əsasında şəxsin oliqarx kimi tanınması proseduruna başlayacaq.
“Şəxs büronun qərarından məhkəməyə şikayət edərsə, bu məsələ ilə bağlı ədalət bərqərar olana qədər qərar qüvvəyə minməyəcək”, - Oxanaşvili qeyd edib.
Qanun layihəsinə əsasən bu meyarların hamısına cavab verən şəxs oliqarx sayılır: O, siyasi həyatda iştirak edir, media xidmətinə təsir göstərir və əhəmiyyətli iqtisadi resurslara malikdir. Venesiya Komissiyasının tövsiyəsinə uyğun olaraq, “siyasi həyatda iştirak” anlayışına aydınlıq gətirilib:
“Bir şəxs dövlət siyasi xadimi və ya siyasi xadimdirsə, siyasi həyatda iştirak meyarlarına cavab verir; O, parlamentin, hökumətin, Abxaziya və Acarıstan Muxtar Respublikasının ali nümayəndəlik orqanının, hökumətinin, dövlətin siyasi məmurunun və ya siyasi şəxsin hüquqi aktı ilə vəzifəyə təyin edilmiş şəxsdir; O, siyasi partiyanın rəhbər vəzifəli şəxsi və ya siyasi partiyanın icra və ya nəzarət orqanının üzvüdür; Seçki hədəfi elan etmiş şəxs; Son bir ildə siyasi partiyaya 30.000 laridən çox ianə verən şəxs. Son ümumi seçkilərdə və ya əlavə seçkilərdə bir şəxs seçki subyektinin seçki kampaniyasının xərclərinin maliyyələşdirilməsinə 30.000 laridən çox vəsait xərclədikdə siyasi həyatda iştirak sayılır; Əgər həmin şəxsin son bir ildə Gürcüstanın siyasi həyatında iştirak etdiyini sübut edən başqa aydın sübutlar varsa”, - Oxanaşvili bildirb.
Tövsiyələrdən biri “media xidmətinə təsir etməyin” nə ilə bağlı olmasına toxunurdu. Anri Oxanaşvilinin deyir ki, şəxs, əgər audiovizual media xidməti provayderinin və ya radio yayımçısının payının sahibi və ya ortaq sahibidirsə; payın dolayı sahibidirsə; son bir ildə Gürcüstanda mediaya təsir etdiyinə dair başqa aşkar sübutlar da varsa, o, media xidmətinə təsir meyarlarına cavab verir. Oxanaşvili “digər aşkar sübutlar” ifadəsini izah edərkən qeyd edib ki, “əvvəlki bəndlərdə sadalanan konkret məsələlər müəyyən edilməsə, üzə çıxmaması halı üçün sığorta mexanizmidir”.
Venesiya Komissiyasının tövsiyəsi əsasında oliqarx kimi tanınan şəxs üçün nəzərdə tutulan siyasi partiyanın, seçki qurumunun, seçki kampaniyasının, toplantının və nümayişin maliyyələşdirilməsinə dair qadağa qanun layihəsindən çıxarılıb.
“Deoliqarxizasiya haqqında” Qanun qəbul olunarsa, 2023-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.
Deoliqarxizasiya Avropa Komissiyasının 2022-ci ilin iyununda müəyyən etdiyi 12 tövsiyədən biridir, yerinə yetirildiyi təqdirdə Gürcüstan Aİ üzvlüyünə namizəd ölkə statusu alacaq. “Gürcü arzusu” “Deoliqarxizasiya haqqında” qanun layihəsini Ukrayna qanunlarına uyğun olaraq hazırlayıb, o fərqlə ki, ilkin variantda hökumət oliqarxların reyestrini yaratmaq səlahiyyətinə malik idi. “Gürcü arzusu”nun liderləri bildirirlər ki, Bidzina İvanişviliyə heç bir halda oliqarx statusu qoyulmayacaq və deoliqarxlaşma ilə bağlı qanun qəbul olunarsa, oliqarxlar siyahısında İvanişvili deyil, “Formula” teleşirkətinin səhmlərinin 51 %-nin sahibi, keçmiş müdafiə naziri Davit Kezeraşvili olacaq.