Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qətnaməsində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin siyasi məhbus kimi qeyd olunmasına ilə bağlı parlamentin sədri Şalva Papuaşvili Assambleyanın sədri Tini Koksa məktub ünvanlayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Papuaşvilinin yazdığı kimi, Saakaşvili ilə bağlı qeydlər qətnamənin mahiyyətini dəyişir və Avropa Şurası Parlament Assambleyasının etimadını sarsıdır.
“Cənab Saakaşvilinin fəaliyyəti dövründə Avropa İnsan Hüquqları Məhkəməsi yüzdən çox hökm çıxarıb, o cümlədən İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın ikinci maddəsi (yaşamaq hüququ) üzrə 13 iş, üçüncü maddə (işgəncələrin qadağan edilməsi) üzrə 34 iş, beşinci maddə (azadlıq və təhlükəsizlik hüququ) üzrə 15 iş və altıncı maddə (ədalətli məhkəmə araşdırması hüququ) üzrə 44 iş. Üstəlik, Aleksandr Girqvlianinin qətli (Enukidze və Girqvliani Gürcüstana qarşı) işində məhkəmə qəti şəkildə qeyd edir ki, cənab Saakaşvili effektiv istintaqa və lazımi cəzanın tətbiqinə mane olub”, - Şalva Papuaşvili yazıb.
Gürcüstan parlamentinin sədri qeyd edir ki, Saakaşvilinin hüquq və maraqları Avropa İnsan Hüquqları Məhkəməsinin standartlarına uyğun olaraq penitensiar sistemdə tam şəkildə qorunur. Bundan əlavə, Papuaşvili iddia edir ki, Mixail Saakaşviliyə qarşı ittihamlarda “siyasi motivlə diktə edilən fərziyyələr istisna olmaqla, heç bir siyasi motiv sübutu yoxdur”.
“Müvafiq olaraq, qətnamənin dördüncü əlavəsində istifadə edilən nota Gürcüstanın hüquq sisteminə qarşı əsassız tənqidi ifadə edir və beynəlxalq aləmdə ölkəyə qarşı əsassız şübhələrə səbəb olur və 2012-ci ildən Gürcüstanın insan haqları və qanunun aliliyi istiqamətində apardığı islahatlarda əldə etdiyi irəliləyişə xələl gətirir.
Və daha önəmlisi M. Saakaşvili ilə bağlı əsassız qeydlər Avropa Şurası Parlament Assambleyasının Gürcüstan cəmiyyətində etimadını zədələyir və Avropa Şurası Parlament Assambleyasının tövsiyələrinə uyğun olaraq iddialı islahatların gündəliyinə dəstəyin daha da gücləndirilməsi səylərimizə mane olur”.
Papuaşvili ümid edir ki, Avropa Şurası Parlament Assambleyasının üzvləri gələcəkdə yalnız təşkilatın ən yaxşı maraqlarını və fundamental dəyərlərini rəhbər tutacaqlar.
Söhbət Avropa Şurası Parlament Assambleyasının oktyabrın 13-də qəbul etdiyi “Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün daha da genişlənməsi” adlı hazırkı Rusiya rejimini terrorçu kimi tanıyan qətnamədən gedir. Yekun səsvermədən əvvəl qətnaməyə dəyişiklik edilib ki, Assambleya Rusiya Federasiyasında və digər ölkələrdə Rusiya prezidenti Vladimir Putinə müxalif olan siyasi məhbusların işlərinə baxıb onları azad etsin. Belə bir siyasi məhbus kimi Mixail Saakaşvilinin də adı çəkilir. “Gürcü arzusu”nun nümayəndələri Saakaşvili ilə bağlı qeydi bəhanə edərək qətnaməni dəstəkləməyiblər.
2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Mixail Saakaşvili hazırda Ukrayna vətəndaşıdır. O, bir il əvvəl Gürcüstana qayıdıb və 2021-ci il oktyabrın 1-də yerli özünüidarə seçkilərindən bir gün əvvəl Tbilisidə həbs edilib. Mixail Saakaşvili təqsirli bilinir. O, parlamentin üzvü Valeri Gelaşvilini döyməkdə və Sandro Qirqvlianinin qətlində təqsirli bilinən Konstitusiya Təhlükəsizlik Departamentinin əməkdaşlarının əfv edilməsi işlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində üç cinayət işi hələ də davam edir.