Saakaşvilinin terrorçu Breyviklə müqayisə edilməsinə donub qalmışam - Norveç səfiri

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Gürcü Arzusu”nun tərəfdarları Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Norveçdə mükafatlandırılmasına Tbilisidə, Norveç səfirliyi önündə etiraz ediblər və səfir Helen Sand Andresendən Norveçin mühafizəkarlar partiyasının qərarı ilə razılaşmadığını açıqlamasını tələb ediblər.

“İmedi” teleşirkətinin məlumatına əsasən, bu günkü aksiyanın təşkilatçısı Nəzarət Palatasının keçmiş sədri Sulxan Molaşvilinin qardaşı Tornike Molaşvili olub.

Mixeil Saakaşvili nəinki mükafatlandırılmalıdır, hətta, əgər o, bu gün beşulduzlu oteldə qalırsa, xalq onun həbsxanaya qaytarılmasını tələb etməlidir. Belə bir insanı demokratiyanın, insan haqlarının qorunmasına görə mükafatlandırmaq gürcü xalqına təhqirdir. Biz bu hökuməti demokratik yolla seçdik, amma yox, onlar bu hökuməti istəmirlər”, - Molaşvili mitinqdə deyib.

Norveçin Mühafizəkarlar Partiyası Norveç siyasətçisi Şur Linderbrekenin adını daşıyan mükafatı bu il insan haqları, siyasi və iqtisadi azadlıqlar, eləcə də demokratik təsisatların təşviqinə görə Mixeil Saakaşviliyə təqdim edib.

Qərarı Gürcüstan hökumətinin nümayəndələri tənqid ediblər. Martın 27-də baş nazir İrakli Ğaribaşvili Mixail Saakaşvilini norveçli terrorçu Anders Berinq Breyviklə müqayisə edərək deyib ki, bu, hansısa ölkənin Breyvikə mükafat verməsi ilə eynidir. “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin sözlərinə görə, Breyviklə Saakaşvili arasında yeganə prinsipial fərq Breyvikin cəmi 77 nəfəri öldürməsidir.

“Terrorçu Berinq Breyviklə müqayisəyə donub qalmışam, bunu son dərəcə yersiz hesab edirəm”, - Norveçin Gürcüstandakı səfiri Helen Sand Andresen

Səfirin sözlərinə görə, Gürcüstanın keçmiş prezidentinin mükafatlandırılması ilə bağlı Norveçin Tbilisidəki səfirliyinə məlumat verilməyib və bu barədə mediadan məlumat alıb.

Ukrayna vətəndaşı olan Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə həbs edilib. O, cinayətkar kimi tanınır və parlament üzvü Valeri Gelaşvilinin döyülməsində və Sandro Qirqvlianinin qətlində təqsirli bilinən Konstitusiya Təhlükəsizlik Departamentinin əməkdaşlarının əfv edilməsi işlərinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Saakaşvili həmçinin “İmedi” televiziya şirkətinin işi, noyabrın 7-də keçirilən etiraz aksiyasına basqın etmək, Patarkatsişvilinin əmlakını qanunsuz ələ keçirmək və xüsusi dövlət mühafizə xidmətinə məxsus 9 024 367 larini mənimsəməkdə ittiham olunur. Üçüncü prezident təqsiri etiraf etmir və bunu siyasi motivli adlandırır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur