Şagirdləri daşıyan məktəb direktorunun əri uşaqla əxlaqsız hərəkdə ifşa olunub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Vani rayonun kəndlərindən birinin ictimai məktəbinin direktorunun məktəbdən uzaqda yaşayan uşaqların nəqliyyatını təmin edən ərinin azyaşlı şagird ilə əxlaqsız hərəkəti ifşa olunub. İddia edilən cinayəti əks etdirən video görüntüləri zərərçəkmiş tərəfindən çəkilib. Sürücü, 60 yaşlı kişi uşağa arzuolunmaz şərhlər və seksual xarakterli epitetlərlə müraciət edir, bir neçə dəfə ona tərəf əyilir və əlini tutur.

“- Maşına minirsən, baxmırsan, salam belə vermirsən, acıqlı gəzirsən. Mənə niyə acıq edirsən, xətrinə dəymişəm?

- Yox. Hər gün yaxşı əhval-ruhiyyədə olmuram.

- Mən səninlə olanda heç vaxt yaxşı əhval-ruhiyyədə olmursan. Ay qız, bura bax”, - kişi şagirdə müraciət edir.

“- Mənə toxunulmağını xoşlamıram.

- Saçını çək. Nə oldu, biz sadəcə dostuq, sənə başqa bir şey demirəm ki?

- Dostuma belə əlimi belə sıxmasına icazə vermirəm, belə şeyləri sevmirəm.

- Ərə gedəcəksən, gizlicə qaçacaqsan, gedəcəksən, təhvil verəcəksən. Mən sənin qabağında belə oturmayacağam, deyəcəksən, hə? Nə qədər ki, beləsən, onadək dost olaq, nə olub... Ah, gözlərinlə ki baxırsan, əladır, Simon. Bəri bax. Nə olub, hərdən maşına minəndə belə gülürdün, səni yeməyəcəm ki? Yeməyəcəm səni. Nə özünü mənə əsəbləşdirdin, bunu demək istəyirsən?

- Yox, sadəcə belə şeyləri, mənə toxunulmasını sevmirəm”.

Video materialı jurnalist Eliso Kiladze yayıb. Onun sözlərinə görə, mikroavtobusun sürücüsü Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini Levan Axobadzenin qohumudur və ona yerli polis himayəçilik edir. Eliso Kiladze Vani polis rəisi Davit Lortkipanidzeni səlahiyyətlərini aşmaqda və zərər çəkmiş şagirdə qarşı ayrı-seçkilik etməkdə ittiham edir.

Video yayıldıqdan sonra Kiladze məktəb direktorunun istefa verdiyini də yazıb.

“Gürcüstan Xəbərləri” məktəbin direktoru ilə əlaqə saxlayıb. O, şərh verməyib. Vani təhsil resurs mərkəzinin rəhbərinin sözlərinə görə, məktəbin direktoru bir neçə gün əvvəl işdən azad olunma ilə bağlı ərizə yazıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 1-də Vani rayon şöbəsinə daxil olan operativ məlumat əsasında azyaşlıya qarşı törədilən mümkün əxlaqsız əməllə bağlı istintaq başlanılıb. İstintaq çərçivəsində azyaşlı, elə həmin gün valideynlərinin iştirakı ilə dindirilib.

“Sonrakı günlərdə də bir sıra istintaq-əməliyyat tədbirləri həyata keçirilib, onların arasında işlə əlaqədə olan şəxslər, məktəblilər, məktəb müəllimləri əlavə olaraq dindirilib. Faktla bağlı araşdırma aparılır, bütün zəruri prosessual və istintaq hərəkətləri həyata keçirilir”, - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

İstintaq Cinayət Məcəlləsinin 141-ci maddəsinin birinci hissəsi, yəni yetkin şəxsin 16 yaşına çatmamış şəxsə qarşı zorakılıq tətbiq etmədən əxlaqsız hərəkətləri ilə aparılır. Cinayət beş ildən doqquz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeydə alınmış cinayətlərin statistik məlumatlarına əsasən, 2023-cü ilin yanvar-mart aylarında əxlaqsız hərəkətlər maddəsi ilə 19 fakt üzrə istintaq başlanmış, onlardan 9-u açılmışdır. 2022-ci il ərzində 118 belə cinayət faktı qeydə alınmış və onlardan sadəcə 78-i Daxili İşlər Nazirliyi tərəfindən açılmışdır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur