“Sairme” mineral su şirkətinin 35 işçisi fevralın 12-dən 12-ci gündür etiraz tətili edir. Şirkət onlara yanvar ayının maaşını verməyib və tətilçilərə yalnız həmkarlar ittifaqı nümayəndəsi Qiorqi Diasamidze iştirak etməyəcəyi təqdirdə danışıqları təklif edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Sairme”nin işçiləri əməkhaqqının 30 % artırılmasını, layiqli və təhlükəsiz iş şəraitinin yaradılmasını və fabrikin normal fəaliyyətinin təminatını tələb edirlər.
Tətilçilərin məlumatına görə, onların maaşı səkkiz saatlıq iş günü üçün 44 lari təşkil edir ki, bu da ayda təxminən 1000 lari edir. Tez-tez fabrikin dayanması halları olur və işləmək imkanı verilmir. Onların sözlərinə görə, fabrik antisanitar vəziyyətdədir, isitmə və isti su yoxdur.
Tətilçilər bazar günü, fevralın 26-da saat 14:00-da fabrikin girişində kütləvi nümayiş keçirməyi planlaşdırır.
Kənd təsərrüfatı, ticarət və sənaye işçilərinin həmkarlar ittifaqının rəhbəri Qiorqi Diasamidze tətilçilərə qarşı təzyiqlərdən danışır. Onun “Gürcüstan Xəbərləri”nə verdiyi məlumata görə, “Sairme Mineral Waters” tətilçilərə yanvar ayının maaşını verməyib.
“Məqsədləri işçiləri aldatmaq və onlara təsir etməkdir ki, artıq ötən il buna cəhd ediblər. Zəng edib xahiş edirlər ki, 4 nəfər Tiflisə danışıqlara gəlsin. Tətilçilər danışıqların mənsiz davam etməsinə razı deyillər. Birinci növbədə, onlar həmkarlar ittifaqlarının üzvləridir. Tətildən əvvəl mənimlə əlaqə saxlanıldı və biz birlikdə vasitəçilik prosesindən keçdik. Ədalətli tələblərimiz yerinə yetirilənə qədər mübarizəmizi və etirazımızı davam etdirəcəyik”, - Diasamidze deyir.
Etiraz tətili 24 saatdır, qar və şaxta şəraitində davam edir. Zavodun girişində gecə növbətçi dəstəsi durur, gündüzlər isə bütün tətilçilər toplaşır.
“Sairme Mineral Waters” şirkətinin direktor müavini Levan Kasradze deyir ki, “Tətilçilər, hətta təşkilatçı Qiorqi Diasamidze də heç bir real nəticə əldə etməkdə maraqlı deyil. Vasitəçilik zamanı şirkət müəssisənin maliyyə imkanları daxilində bütün tələbləri qarşılamağa çalışsa da, tələblər o qədər artıb ki, vasitəçilik prosesi dalana dirənib. Biz tətilçilərlə konstruktiv və nəticəyönümlü dialoq aparmaq üçün səylərimizi davam etdirəcəyik.
Bizim tərəfimizdən danışıqlar və istənilən dialoq, şübhəsiz ki, onlarla davam edəcək, lakin danışıqları davam etdirmək üçün bizim yeganə şərtimiz budur ki, Qiorqi Diasamidze iştirak etməsin.
Biz 2022-ci ildə maaşları 50 faiz artırmışıq, bununla birlikdə əmək haqqı artımı inflyasiya səviyyəsindən xeyli yüksək idi. Son 7 ildə ilk dəfə keçən 2022-ci ili şirkət zərərlə başa vurdu”.
Şirkət işçilərin yalnız bir hissəsinin tətil etdiyini və fabrikin istehsal prosesini davam etdirdiyini deyir.
“Sairme Mineral Waters”ın direktoru Rusiya vətəndaşı Yanina Maşkovadır. Şirkətin səhmlərinin 92 %-i Rusiya və Gürcüstan vətəndaşı, 1998-ci il təvəllüdlü Yakov Qviçiyaya məxsusdur. Qalan 8 % də Rusiya vətəndaşları Qia Qviçiya və onun həyat yoldaşı Xatuna Qviçiyaya məxsusdur. Qia Qviçiya həm də “Sairme Mineral Waters” şirkətinin Müşahidə Şurasının üzvüdür. O, Sankt-Peterburqda böyük iş adamıdır. O, Leninqrad vilayətində fəaliyyət göstərən “Vıborq Terminal” şirkətinin prezidenti və şirkətin 51 % payının sahibidir.