“Sairme” mineral su şirkətinin işçiləri etiraz tətilinə çıxıblar. 35-ə qədər insan əmək haqqının 25 % artırılmasını, layiqli və təhlükəsiz iş şəraitinin yaradılmasını, fabrikin normal fəaliyyətinin təmin edilməsini və şirkətin təsisçiləri ilə görüşün keçirilməsini tələb edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Etiraz tətili fevralın 13-də səhər saat 9-dan başlayıb. Həmkarlar ittifaqının nümayəndəsi Qiorqi Diasamidze deyir ki, bundan əvvəl 21 günlük mediasiya olub və nəticəsiz başa çatıb.
“Razılaşma uğursuz oldu. Buna uyğun olaraq, işçilərin əmək hüquqları və ədalətli tələbləri təmin olunana qədər davam edəcək olan qanuni etiraz tətili başlayıb. Hazırda bütün işçilər tətil edir və müəssisə dayanıb. İşəgötürən tətil edənləri onların qohumları və dostları ilə əvəz etməyə çalışır, lakin buna nail ola bilmirlər. İndiyə qədər müəssisə fəaliyyətsizdir. Bizim və işçilərin məqsədi onsuz da ağır vəziyyətdə olan fabrikə ziyan vurmamaqdır. Bu məsələyə görə işəgötürən tam məsuliyyət daşıyır”, - Qiorqi Diasamidze “Gürcüstan Xəbərləri”nə bildirib.
Onun sözlərinə görə, tətilçilər maaşlarının 30 % artırılmasını tələb edirdilər, ancaq dövlət mediatorunun xahişi ilə 25 % artımla razılaşıblar.
“İşəgötürən deyə bilər ki, fabrik işçiləri ayda 1200 lari qazanırlar, amma bu yalandır. Məsələn, yanvarın sonunda bu şəxslər 750 lari götürüblər. Zavodun köhnə olmasına görə dayanması halları çox olur. Əməyin mühafizəsi tədbirləri pozulur - işçiləri elektrik cərəyanı vurub, insident baş verib, hətta bir nəfərin əli də sınmışdı. Müəssisədə antisanitariya hökm sürür”, - qeyd edir Diasamidze.
Tətil iştirakçılarından olan Şako Kobaliya deyir ki, mediasiya zamanı işəgötürənlə şifahi qarşıdurma olub: ”Bir neçə əməkdaş narkoloji mərkəzə aparılıb, polisin yalançı istintaqı olub. Təbii ki, onların narkotikin təsiri altında olması təsdiqini tapmayıb”.
“Sairme Mineral Waters” şirkətinin direktoru Rusiya vətəndaşı Yanina Maşkovadır, etiraz tətilçilərinin dediyinə görə, şirkəti Tbilisidən idarə edir o. Şirkətin səhmlərinin 92 %-i Rusiya və Gürcüstan vətəndaşı, 1998-ci il təvəllüdlü Yakov Qviçiaya məxsusdur.
Qalan 8 % də Rusiya vətəndaşları Qia Qviçia və onun həyat yoldaşı Xatuna Qviçiaya məxsusdur. Qia Qviçia həm də "Sairme Mineral Waters"in Müşahidə Şurasının üzvüdür. O, Sankt-Peterburqda böyük biznesmendir. O, Leninqrad vilayətində fəaliyyət göstərən “Vıborq Terminal” şirkətinin prezidenti və şirkətin 51 % payının sahibidir.
“Mediasiyanın başlanmasından sonra şirkət danışıqlar prosesində fəal iştirak edir. Biz həmkarlar ittifaqlarının irəli sürdüyü tələblərə baxmağa hazır idik və hazırıq. Biz də təklifimizi verdik, ancaq konkret cavab almamışıq”, - bu barədə ictimai yayımçıya “Sairme Mineral Waters”in direktor müavini Levan Kasradze bildirib.
“Sairme Mineral Waters” qazlı mineral su “Sairme”, limonad “Tbilisuri”, qazsız bulaq suyu “Nakaduli” və “Sairmis nakadulebi”ni istehsal edir. Şirkətin saytında oxuyuruq ki, “Sairme Mineral Waters” MMC Gürcüstanın aparıcı, müasir və yüksək texnologiyalı su istehsal edən şirkətlərindən biridir, məhsulları dünyanın 17 ölkəsinin bazarına çıxır.