Gürcüstan prezidenti Salome Zurabişvili Birləşmiş Millətlər Təşkilatının (BMT) tribunasından da media və qeyri-hökumət təşkilatlarını məhdudlaşdıran rus qanun layihələrini tənqid edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Zurabişvili Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının Qadınların Statusu Haqqında Komissiyasının sessiyasında çıxış edib. Onun sözlərinə görə, nəzərəçarpacaq irəliləyişlərə baxmayaraq, Gürcüstan hələ də ciddi problemlərlə üz-üzədir.
“Bu yaxınlarda vətəndaş cəmiyyətinin rolu ilə bağlı daha bir problem yarandı. Bu baxımdan, mənim ölkəmdə bəzi qruplar tərəfindən təqdim edilən və qeyri-hökumət təşkilatlarının azadlığını məhdudlaşdıracaq olan qanun layihəsi [və, demək lazımdır ki, burada əsas pay qadın fəallara aiddir], cəmiyyətimizin demokratik transformasiyası, gender ayrı-seçkiliyinin aradan qaldırılması və əslində, Avropaya inteqrasiya yolumuz üçün son dərəcə zərərli olacaq.
Ona görə də mən artıq bu qanun layihəsinə qəti etirazımı bildirmişəm və fürsətdən istifadə edərək burada da öz mövqeyimi bildirirəm”, - Gürcüstan Prezidenti bildirib.
Parlament çoxluğu “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini parlamentin martın 9-da keçiriləcək plenar iclasında müzakirə edəcək və birinci dinləmədəcə dəstəkləyəcək. “Gürcü arzusu” üzvlərinin bildirdiyi kimi, birinci dinləmədən sonra hər iki qanun layihəsi hüquqi qiymət verilməsi üçün Venesiya Komissiyasına göndəriləcək. Bundan əlavə, deputat Quram Maçaraşvili bildirib ki, Venesiya Komissiyasının rəyi məcburi olmayacaq.
“Xarici agentlərin qeydiyyatı” və “Xarici təsirin şəffaflığı” haqqında qanun layihələri maliyyəsinin 20%-dən çoxu xaricdən olan medya qurumları və qeyri-hökumət təşkilatlarını “xarici təsir agenti” kimi qeydiyyatdan keçirməyə məcbur edir. Bununla, Ədliyyə Nazirliyi media və qeyri-hökumət təşkilatlarını yoxlamaq, şəxsi məlumatları emal etmək və 25 min lari məbləğində cərimə tətbiq etmək səlahiyyətinə malik olacaq. Qanun layihəsində bu qanunu pozan şəxs üçün 5 il müddətində həbs cəzası nəzərdə tutulub.
Müstəqil medya qurumları, qeyri-hökumət təşkilatları, vətəndaşlar və müxalif partiyalar qanun layihələrinə etiraz edirlər.
Martın 6-da ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan parlamenti “Rusiya və Rusiyaya bənzər digər ölkələrdə olduğu kimi, vətəndaş cəmiyyətini ləkələyən, müstəqil medianı və fərqli səsləri susduran” qanun layihələrini dəstəkləməməyə çağırıb.
Prezident Salome Zurabişvili artıq bəyan edib ki, parlament agentlər haqqında qanunu qəbul edərsə, o, ona veto qoyacaq. Prezidentin sözlərinə görə, belə bir qanun ölkəni Avropadan uzaqlaşdıracaq və beləliklə, bu, onun üçün qəbuledilməzdir.