Samtrediada “Axali” partiyasının həmsədri Nika Meliaya hücum olunub. Hadisə siyasətçi jurnalistlərə müsahibə verərkən baş verib. Gənc oğlan gizlicə Nika Meliaya yaxınlaşaraq onun başına yumruqla vurub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Düzünü desəmən, onun kim olduğunu bilmirəm, yəqin ki, mənası da yoxdur və onun kim olduğunu öyrənmək istəyim də yoxdur. Onların ümumi adı oliqarx rejimin nümayəndələridir... 17, 18, 19 yaşlı gənclərə və nəinki sadəcə gənclərə, öz evləri yaxınlığında pusqu qurub, sırf öz ölkələrinin maraqlarını müdafiə etdikləri üçün fiziki təzyiq göstərildikdə baş verən hal təəcüblü olmamalıdır. Daha pisi də olacaq, amma bu hökumət məğlub olacaq”, - deyə Melia hücumdan sonra bildirib.
Polisin hadisə ilə bağlı araşdırmaya başlayıb-başlamadığı məlum deyil. Nika Melianın sözlərinə görə, hadisədən sonra o, “heç kimə müraciət etməyib”. “Mtavari Arxi” teleşirkətinin məlumatına görə, Meliaya hücum edən şəxs “Gürcü Arzusu”nun “tituşkadsı”dır.
Dünən Samtrediada “Axali”, “Qirçi - Daha Çox Azadlıq” və “Droa” seçki koalisiyasının ofisi açılıb. Nika Melia ilə yanaşı, Zurab Caparidze və Elene Xoştaria da seçicilərlə görüşüb.
İyulun 26-da Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Gürcü Arzusu”nun ofisində keçirdiyi brifinqdə bildirib ki, seçkilər yaxınlaşdıqca müxalifət nümayəndələri xalqla danışmağa məcbur olacaqlar və vətəndaşların onlardan “cavab tələb etməsi” təəccüblü olmayacaq. “Şərabı söydüyünə görə kaxetililərin müxalifətdən cavab tələb etmələri, məgər təəccüblü olmalıdır? Turistlərə yumurta atdıqlarına görə acaralıların müxalifətdən cavab tələb etmələri, məgər təəccüblü olmalıdır? Rusiyada ailə üzvləri olan gürcülərin hava limanında piket keçirdikləri üçün müxalifətdən cavab tələb etmələri məgər təəccüblü olmalıdır? Nəhayət, hansı şəhərə, hansı kəndə, hansı rayona getməsindən asılı olmayaraq, müharibə, dağıntı və ölüm üçün insanları qurban verdiklərinə görə onlardan cavab istəniləcəkləri məgər təəccüblü olmalıdır?”, - Papuaşvili bildirib. Parlament sədrinin bu açıqlaması müxalifət üzvləri tərəfindən zorakılığa və qarşıdurmaya çağırış kimi qiymətləndirilib.