Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Gürcü Arzusu”nun ofisində keçirdiyi brifinqdə bildirib ki, müxalifət seçkilər yaxınlaşdıqca xalqla danışmalı olacaq. Papuaşvilinin sözlərinə görə, müxalifət üzvlərindən “cavab tələb edilsə” təəccüblü olmayacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Şərabı söydüyünə görə kaxetililərin müxalifətdən cavab tələb etmələri, məgər təəccüblü olmalıdır? Turistlərə yumurta atdıqlarına görə acaralıların müxalifətdən cavab tələb etmələri, məgər təəccüblü olmalıdır? Rusiyada ailə üzvləri olan gürcülərin hava limanında piket keçirdikləri üçün müxalifətdən cavab tələb etmələri məgər təəccüblü olmalıdır? Nəhayət, hansı şəhərə, hansı kəndə, hansı rayona getməsindən asılı olmayaraq, müharibə, dağıntı və ölüm üçün insanları qurban verdiklərinə görə onlardan cavab istəniləcəkləri məgər təəccüblü olmalıdır?”, - Papuaşvili bildirib.
Parlament sədrinin sözlərinə görə, müxalifət “xalqın hakimiyyətin ağıllı siyasətini dəstəklədiyini” görüb.
“Məhz buna görə, bizi müharibəyə sövq edən hər kəs sülhdən danışmğa başladı, gürcü kəndli və sahibkarlarını iflas yoluna qoymağı planlaşdıran hər kəs bu gün Rusiya ilə ticarətdən danışmağa başladı... Müxalifət bir qram belə hakimiyyəti ələ keçirə bilsə, Gürcüstan müharibələrin və dağıntıların xaosuna qayıdacaq. Biz bu xaosdan ölkəni çıxaran kimi biz 12 illik fasiləsiz sülh dövrü yaratdıq və insanlara nəfəs almaq və inkişaf etmək imkanı verdik”, - Şalva Papuaşvili bildirib.
Müxalifət üzvləri parlament sədrinin açıqlamalarını dezinformasiya və qarşıdurmaya çağırış kimi qiymətləndiriblər.