Sandu Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara başlamaq üçün fərman imzalayıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Moldova prezidenti Maia Sandu ölkəsinin Avropa İttifaqına üvzlüyü ilə bağlı danışıqlara başlamaq üçün fərman imzalayıb. Prezidentin sözlərinə görə, Moldova Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirib.

“Beləliklə, namizəd statusunu aldıqdan iki il sonra, iyunun 25-də üzvlük danışıqlarının əsasını qoyacaq ilk Moldova-Aİ hökumətlərarası konfransı keçiriləcək. Ölkədə aparılan modernləşmə işlərinin arxasında dövlət qurumlarında çalışan minlərlə insan dayanır və onların hər birinin əməyi ölkəmizin 2030-cu ilə qədər Avropa İttifaqına üzvlüyünə hazırlanmasını nəzərdə tutan məqsədimizə nail olunmasına həlledici təsir göstərir.

Avropa İttifaqına üzvlük yeganə inkişaf yoludur ki, biz sülhü, firavanlığı və bütün vətəndaşlarımız üçün daha yaxşı həyatı təmin edə bilək.

Payızda keçiriləcək referendumda Moldova Respublikasının əhalisi bu ölkənin inkişafının istiqaməti və gələcək nəsillərə qoyduğumuz miras olub-olmamasına qərar verəcək”, - deyə Maya Sandu Milli Avropa İnteqrasiya Komissiyasının iclasından sonra bildirib.

İclasda hökumətin təsdiq edəcəyi danışıqların ümumi mövqeyi qəbul edilib. Bundan əlavə, baş nazirin Avropa inteqrasiyası üzrə müavini Kristina Gerasimov əsas danışıqlar aparan şəxs təyin edilib.

“Gələn həftə Lüksemburqda danışıqlara başlayacaq nümayəndə heyətimizə uğurlar arzulayıram”, - deyə Maya Sandu bildirib.

Bu yaxınlarda Avropa Komissiyası elan edib ki, Ukrayna və Moldova Avropa İttifaqına üzvlük üzrə danışıqların rəsmi başlaması üçün bütün meyarlara cavab verir.

Moldova və Gürcüstan Aİ-yə üzvlük üçün rəsmi ərizələrini 2022-ci ilin martında, Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra təqdim ediblər. Bunu ilk edən Ukrayna olub. Həmin ilin iyununda Avropa Şurası Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusu verib və Gürcüstana münasibətdə yalnız onun Avropa perspektivini tanıyıb. Bundan əlavə, Avropa Komissiyası üzvlük prosesinin növbəti mərhələsinə keçmək üçün hər üç ölkəyə icra etmələri üçün tövsiyələr verib. 2023-cü ilin dekabrında Avropa Şurası Gürcüstana namizəd statusu verib və Ukrayna və Moldova ilə danışıqlara başlamaq qərarına gəlib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur