ABŞ tərəfindən sanksiyaya məruz qalan Gürcüstanın keçmiş prokuroru Otar Partsxaladzenin, Gürcüstan banklarındaki hesabları dondurulub. Milli Bankın sözlərinə görə, Partsxaladzenin aktivlərə və maliyyə əməliyyatlarına çıxışı məhdudlaşdırılıb.
Əsas xəbərlər
Oxucunun seçimi
- 1 “Gürcü Arzusu” prezident Salome Zurabişvilinin impiçmenti proseduruna başlayır
- 2 Ukraynada daha bir gürcü döyüşçü, Nikoloz Axvlediani həlak olub
- 3 Mamuka Çxikvadze və Kaxaber Natadze Tsxinvali həbsxanasından azad edilib
- 4 Konstitusiya Məhkəməsi Malxaz Maçalikaşvilinin iddiasını təmin edib
- 5 “Mənim istefamla bağlı xəyalları hər kəs unutmalıdır. Səfərlərimi davam etdirəcəyəm” - Prezident
- 6 DTX ABŞ-dan Otar Partsxaladzeyə sanksiya tətbiq edilməsi ilə bağlı sübut tələb edir - Papuaşvili
“Məlum olduğu kimi, 26 fevral 2022-ci il tarixindən etibarən Gürcüstan Milli Bankının məlumatına görə, Gürcüstanın maliyyə qurumları ABŞ, Avropa Birliyi və Böyük Britaniyasının tətbiq etdiyi maliyyə sanksiyalarına uyğun olaraq tam fəaliyyət göstəriblər. Sanksiya tələblərinin tətbiqi və müvafiq nəzarət mexanizmlərinin həyata keçirilməsinə vahid yanaşmaları müəyyənləşdirmək məqsədilə Gürcüstan Milli Bankının prezidentinin 4 Avqust 2023-cü il №208/04 sərəncamı ilə, “Gürcüstan Milli Bankının tabeliyində olan məsul şəxslər tərəfindən sanksiyaların həyata keçirilməsi rejimi təsdiq edilib”.
Yuxarıda göstərilən göstəriş və qaydaya müvafiq olaraq, Gürcüstanın maliyyə sektoruna, o cümlədən ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət idarəsi tərəfindən (OFAC) sanksiyaya məruz qalmış şəxslər siyahısına(SDN list) daxil edilmiş şəxslərə qarşı təyin olunmuş tələblərin icra edilməsi həvalə olunub ki, bu da sanksiya olunmuş şəxslərin aktivlərə əlçatanlığını və maliyyə köçürmələrinin məhdudlaşdırılmasını nəzərdə tutur. Sanksiyaya məruz qalmış şəxsin həm vəsaitin xərcləməsi, həm də hər cür maliyyə əməliyyatlarının aparılması imkanı məhdudlaşdırılır.
Xatırlatmaq istərdik ki, Gürcüstan maliyyə sektoru sanksiyaların tələblərinə tam uyğun fəaliyyət göstərir. Maliyyə sanksiyalarına əməl etmək üçün Milli Bank prosesə nəzarət edən / izləyən xüsusi bir şöbə qurub. Qeyd olunmalıdır ki, beynəlxalq təşkilatlar Milli Bankın bu istiqamətdə addımlarını müsbət qiymətləndirir” - Milli Bank media qurumlarına bilinib.
Sentyabrın 14-də ABŞ Gürcüstanın keçmiş baş prokuroru, Otar-Partsxaladzeyə sanksiyalar tətbiq etdiyini açıqlayıb. Dövlət Departamentinin sənədində, Partsxaladzenin adı, Rusiya Federal Təhlükəsizlik Xidməti [FSB] ilə Gürcüstan cəmiyyəti və siyasətinə Rusiyanın xeyrinə təsir göstərmək üçün işləyən gürcü-rus oliqarx kimi hallanır.
Otar Partsxaladze, 2013-cü ilin noyabrından dekabrınadək Gürcüstanın baş prokuroru olub.
