Gecə saat 2 radələrində keçmiş hərbi qulluqçu 48 yaşlı Nodar Atuaşvili Saqareco şəhərində, xəstəxananın yaxınlığında yerləşən yaşayış binalarından birinin eyvanından bir neçə dəfə atəş açıb nəticədə, 4 nəfər həlak olub, binanın həyətində olan 5 nəfər isə yaralanıb. Nodar Atuaşvili hadisə yerinə çağırılan polis əməkdaşlarına atəş açaraq onlardan birini öldürüb. Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin Saqarecoya səfərbər olunmasından sonra, Daxili İşlər Naziri Vaxtanq Qomelaurinin sözlərinə görə, təqsirləndirilən şəxs odlu silahdan atəş açaraq intihar edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Saqarecoda baş verən hadisə ilə bağlı məlumatı ilk olaraq sosial şəbəkədə yerli həkim Leyla Otiaşvili yayıb:
“Saqareco xəstəxanasının yaxınlığında inanılmaz terror aktı baş verir. Bir neçə saatdır avtomat silahdan atəş açan terrorçu binalardan birinin yuxarı mərtəbəsindədir. 1 polis öldürülüb. İkisinin vəziyyəti ağırdır. Binanın həyətində 3 cəsət var, onları çıxarmaq mümkün deyil. Hadisə yerinə gələn tibb işçiləri ölümcül atəşdən çətinliklə xilas olublar. Polis səfərbər edilib, lakin terrorçu indiyədək öldürülməyib. Çoxlu yaralı gətirirlər. Tibb işçiləri şokdayıq, hər tərəfdən atışma səsləri eşidilir”.
Daxili İşlər Naziri Vaxtanq Qomelauri dəqiqləşdirib ki, beş nəfər ölüb, onlardan biri polisdir. “5 nəfər yaralanıb, onlardan biri ağır vəziyyətdədir, əməliyyat olunur, arteriyası zədələnib. Həkimlər hələlik onun sağ qalıb-qalmayacağını deyə bilmirlər.
Heç kimə nə baş verdiyini izah edə bilmirik. Avtomatik silahla evdən atəş açmağa başladı. Oğlu evdə idi, o oğlan yetkindir. Əvvəlcə eyvanın bir tərəfindən, daha sonra ikinci tərəfdən atəş açmağa başlayıb, bundan sonra oğul evi tərk edib.
Sonra polis əməkdaşları getdi ora, orada ikinci tərəfdən atəş açaraq əməkdaşımızı yaraladı. Köçürülmə zamanı əməkdaşımız xəstəxanada dünyasını dəyişib.
Hərbçidir, bizim tərəfimizdən təsdiqlənib, 2006-cı ildən işləyib, 2021-ci ildə gedib. Mən dəqiq deyə bilmirəm. Bu ilkin məlumatdır. O, Əfqanıstanda da olub, Əfqanıstan missiyasında. Nə baş verdiyini hələ heç kim bilmir.
Xüsusi təyinatlılar gələndə yenidən bir neçə dəfə atəş açıb. Qapını açıb içəri girdiklərində güllə səsi gəldi. O, çarpayıya sərilmişdi, yanında isə avtomat odlu silah dururdu, əməkdaşlarımızın müşahidə etdiyi budur. Başından qan axırdı. Onlar əl qumbaralarının üzüklərini gördülər, bir neçə dənə, o qumbaralar hazır vəziyyətdə aşağı qoyulmuş ola bilərdi. Mütəxəssisləri çağırdıq. Onlar işlərini indi bitiriblər.
Oğlan bizə heç nə danışmır. Mən evdən qaçanda artıq qarşı tərəfdə cəsədlər var idi, oğlanlar qabaqda sərilmişdilər, deyir”. - Bu barədə Saqarecoda olan Daxili İşlər Naziri Vaxtanq Qomelauri bildirib.
Nodar Atuaşvilinin psixi problemlərinin olub-olmaması və hərbi xidmətdən niyə getməsi ilə bağlı suala nazir cavab verib ki, bilmir.
İstintaq Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirməni nəzərdə tutan 109-cu maddəsinin “L” bəndi və 236-cı maddəsinin üçüncü hissəsi üzrə aparılır.