Gürcüstan hökumətinin 10 oktyabr 2022-ci il tarixli 479 saylı qərarına əsasən, Saqareco rayonunun Boqdanovka kəndində 50 il müddətinə azad sənaye zonası (Saqareco ASZ) yaradılır. 1 117 450 kv/m qeyri-kənd təsərrüfatı sahəsinə malik olan “Asi Group Georgia” MMC şirkəti Saqarejo ASZ’nın təşkilatçısı/inzibatçısı olacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Saqarejo Azad Sənaye Zonası 2023-cü il sentyabrın 1-dən fəaliyyətə başlamalıdır.
“Asi Group Georgia” MMC-yə Boqdanovka kəndində Saqareco ASZ-nin giriş-çıxışında gömrük-keçid məntəqəsini təşkil etmək, onu müvafiq infrastruktur və avadanlıqlarla təchiz etmək tapşırılıb.
Hökumətin qərarına əsasən, Saqareco ASZ gömrük-keçid məntəqəsindən yalnız malların, avtonəqliyyat vasitələrinin və piyadaların keçirilməsinə icazə veriləcək.
Şirkət 2023-cü il iyulun 1-dək azad sənaye zonasının inkişafı üzrə müfəssəl plan hazırlayıb Ərazi və Şəhərsalma üzrə Agentliyin təsdiqinə təqdim etməyə borcludur.
“Asi Group Georgia” MMC 27 iyul 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin 100% səhmlərinin sahibi və direktoru İordaniya vətəndaşı Osama I.M. Əl Şantiyadır.
“Asi Group Georgia” MMC avqust ayında keçirilən hərracda Tskaltuboda yerləşən “Medea” sanatoriyasını alan “Asi Group Hotels Georgia” MMC ilə bağlıdır.
“Asi Group Hotels Georgia” MMC 2021-ci ilin dekabrında qeydiyyatdan keçib və onun yeganə sahibi Misir vətəndaşı olan Xaled Mohamed Abdelmoneb Kandildir. Şirkətin direktoru Gürcüstan vətəndaşı Durmişxan Tiqişvilidir və sənədlərə görə, o, həm də “Asi Group Georgia” MMC-nin nümayəndəsidir.
Qeyd edək ki, hökumətin qərarında qeyd olunan kəndin adı (Boqdanovka) Gürcüstan prezidentinin 3 fevral 2012-ci il tarixli 82 saylı fərmanı ilə dəyişdirilərək Mzisquli adlandırılıb.
Azad sənaye zonası Gürcüstanın Gömrük Məcəlləsində nəzərdə tutulmuş, əlavə şərtlər və vergi güzəştlərinin tətbiq olunduğu azad zona növüdür. Burada qeydiyyatdan keçmiş müəssisələr ƏDV, mənfəət, əmlak, idxal və ixrac vergilərindən azaddırlar. ASZ-də ödənişləri istənilən valyutada etmək olar.
Onun yaradılmasında məqsəd birbaşa xarici investisiyaları cəlb etmək, müəyyən regionda iqtisadi fəallığı təşviq etmək, işsizliyi azaltmaq və ya texnoloji bacarıqları təkmilləşdirməkdir.
Parlament 2007-ci ildə azad sənaye zonaları haqqında qanun qəbul edib və 2008-ci ildə Gürcüstanda ilk azad sənaye zonası yaradılıb.
Bu gün ölkədə dörd azad sənaye zonası fəaliyyət göstərir, onların dördü də müxtəlif şirkətlər tərəfindən idarə olunur: China Energy Company Limited (CFFC) – Poti ASZ; Georgian International Holding – Kutaisi ASZ; GEORGIAN HUASHUN INTERNATIONAL INDUSTRIAL INVESTMENT GROUP – Kutaisi Hualing ASZ və BitFury törəmə şirkəti Georgian Technology Park – Tbilisi ASZ.