Qori bələdiyyəsinin meri Vladimir Xinçeqaşvilinin sözlərinə görə, şəhərin əsas prospektinin adının dəyişdirilməsi məsələsində heç bir yenilik yoxdur. Yerli fəallar bir neçə ildir ki, Stalin prospektinin adının dəyişdirilməsini tələb edirlər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mənim şəxsi fikrimdir ki, mənim əsas prospektin Stalinin adının daşıması ilə bağlı bir problemim yoxdur və problem olacaq heçnə görmürəm”, - nasizm üzərində qələbənin 78-ci ildönümü münasibəti ilə İkinci Dünya Müharibəsi döyüşçülərinin xatirə abidəsini gül-çiçəklə bəzəyən Xinçeqaşvili bu gün jurnalistlərə açıqlamasında deyib.
Paralel olaraq “stalinçilər” sovet diktatorunun muzeyi yaxınlığında nümayiş keçirərək növbəti dəfə İosif Stalinin abidəsinin şəhərin mərkəzinə qaytarılmasını tələb ediblər. Söhbət 1952-ci ildən 2010-cu ilə qədər Qoridə dayanan altı metrlik tunc heykəldən gedir.
“Bu dahi şəxsiyyət bu gün şəri məğlub edib və biz ilk növbədə bu günü qeyd edirik. Abidənin ucaldılmasına gəlincə, biz bunu tələb etmirik, bu hökumətə axrıncı dəfə xəbərdarlıq edirik, əks halda biz “stalinçilər”in aslan payını verməcəyi 2024-cü il seçkilərində bizdən səs almayacaqlar, ki bu da onlar üçün acınacaqlı nəticə verə bilər. Onların 10 il hakimiyyətdə olduqları müddətdə biz bütün Gürcüstan miqyasında əhəmiyyətli səslər toplamışıq”, - aksiya iştirakçılarından biri bildirib.
2018-ci ildə vətəndaşların təşəbbüs qrupu Qorinin mərkəzi küçəsinin Stalinin adının dəyişdirilməsi ilə bağlı yerli özünüidarəetmə orqanlarına müraciət edib.
2018-ci ildə vətəndaşlardan ibarət təşəbbüs qrupu Qorinin mərkəzi küçəsinin daşıdığı Stalin adının dəyişdirilməsi ilə bağlı yerli özünüidarəetmə orqanına petisiya ilə müraciət edib.
Kommunist totalitar simvollarının, abidələrin, monumentlərin, barelyeflərin, yazıların, küçə, meydan, kənd və qəsəbə adlarının ləğvini 2011-ci ildə qəbul edilmiş qanun - “Azadlıq Xartiyası” nəzərdə tutur. Sözügedən qanun əsasında Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində xüsusi komissiya yaradılmışdır ki, onun əsas funksiyalarından biri də “kommunist totalitar və faşist ideologiyalarının və bu ideologiyaların liderlərinin adlarının təbliğatının elementlərini ehtiva edən küçə adları haqqında məlumat toplamaqdır”. Komissiya belə adların aradan qaldırılması üçün səlahiyyətli şəxslərə müraciət etməyə borcludur. Komissiyanın göstərişlərinə əməl etmək məcburidir.