Seçki ilində yeni proqramlar - artan maaşlar, pensiyalar, pulsuz dərmanlar

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Hüquq-mühafizə orqanlarının keçmiş işçilərinin pensiyası 1000 lariyə qədər artacaq, indiyədək pensiyanın maksimal həddi 560 lari idi; Orta hesabla müəllimlərin maaşı 500 lari və daha çox artacaq; Hökumət üç və ya daha çox uşağı olan evsiz ailələrə mənzillər alacaq; 400 min pensiyaçı il ərzində xroniki xəstəliklər üçün dərmanları pulsuz alacaq - hökumətin bugünkü iclasında İrakli Ğaribaşvili hökumətin 2024-cü ildə başlamağı planlaşdırdığı bir sıra yeni proqramlar barədə danışıb. Gələn il Gürcüstanda parlament seçkiləri keçiriləcək.

"2024-cü ilin büdcəsi 28 milyard 500 milyon lari olacaq, müqayisə üçün deyək ki, 2012-ci ildə büdcə demək olar ki, 9 milyard idi, 11 ildə isə bizdə təxminən 20 milyard artım var", - baş nazir bildirib.

Onun bu gün verdiyi açıqlamalara görə, xidməti vəzifələrini yerinə yetirərkən həlak olanların və aldığı xəsarət nəticəsində dünyasını dəyişənlərin ailə üzvlərinə verilən təzminat 1000 laridən 1200 lariyə qaldırılacaq. Həmçinin, 9 aprel iştirakçılarının, siyasi repressiyaya məruz qalan şəxslərin ailə üzvlərinin aylıq məişət subsidiyaları artacaq.

Hökumət sosial cəhətdən həssas olan üç və ya daha çox uşağı olan evsiz, çoxuşaqlı ailələrə yaşayış mənzillər almağı planlaşdırır.

Baş nazirin tapşırığına əsasən araşdırma nəticəsində 1000-ə yaxın belə ailə hesablanıb. Bu, iki illik proqram olacaq. Gələn il başlayacağıq, burada da cəmdə təxminən 50 milyon lari xərclənəcək, 25 milyonu 2024-cü ildə, qalanı isə 2025-ci ildə. Onların heç biri hökumət tərəfindən tərk edilməməlidir", - Ğaribaşvili bildirib.

2024-cü ildə Səhiyyə Nazirliyinə əlavə olaraq 65 milyon lari ayrılacaq və ümumi büdcə 7 milyard 800 milyon lari olacaq. Burada baş nazir bir daha vurğuladı ki, “2012-ci illə müqayisədə köklü dəyişiklik var. Son 11 ildə səhiyyə büdcəsi 6 milyard lari artıb, bizdə 325% artım var”.

Artan maliyyələşdirmənin bir hissəsi olaraq, 2024-cü ildə xroniki xəstəliklər üçün dərmanlardan asılı olan təqaüdçülər bu dərmanları il ərzində pulsuz əldə edəcəklər. Hökumətin məlumatına görə, 400 minə yaxın belə insan var. Onkoloji xəstələrin erkən tədqiqatlarının maliyyələşdirilməsinə də başlanılacaq.

“Dağlıq bölgədə pensiyalar artıb, 70 yaşdan yuxarı olanlar üçün pensiya artıq 500 lariyə qədər olacaq. 70 yaşa qədər pensiya təxminən 400 lariyə qədər  olacaq.

2024-cü ildə də bütün dövlət qulluqçularının maaşları artırılacaq. 10% artım nəzərdə tutulur və xatırlatmaq istərdim ki, son üç ildə bütün dövlət qulluqçularının, o cümlədən polis və əsgərlərin maaşları 30%, 45-50% artırılıb”, - Ğaribaşvili qeyd edib.

2024-cü ildə təhsilin maliyyələşdirilməsi 400 milyon laridən çox artacaq.

"Təhsil büdcəsi 2012-ci illə müqayisədə 1 milyard 800 milyon lari artıb - son 11 ildə bizdə 300 faiz artım var", - Ğaribaşvili bir daha deyib ki, "burda da onların təhsilə necə diqqət yetirdikləri aydın görünür".

2024-cü ildə hökumət tam ştatlı müəllimlərin maaşını orta hesabla 500 lari və daha çox artırmağı planlaşdırır.

Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin maliyyəsi 200 milyona yaxın artır.

İdman istiqaməti üzrə 20 milyon lari ayrılacaq ki, bunun da 15 milyon larisi idman federasiyalarına, 5 milyon larisi isə əməkdar idmançıların, məşqçilərin və tibb işçilərinin aylıq təqaüdlərinin artırılmasına yönəldiləcək.

2012-ci illə müqayisədə İqtisadiyyat Nazirliyinin büdcəsi 326 milyon lari artıb. Bundan Anaklia limanının tikintisinə ümumilikdə 70 milyon lari ayrılacaq. 2024-cü ildə 50 milyon lari sərmayə qoyulacaq və bu il artıq 20 milyon lari ayrılıb. Bizim tərəfdən yatırılacaq vəsaitlər artıq səfərbər olunub. Tikinti işlərinə yazda başlanacaq. İnvestor seçimi aktiv şəkildə aparılır və bu yaxınlarda başa çatacaq. Qalib investoru ən geci dekabr-yanvar aylarında elan edəcəyik və 2024-cü ilin mart-aprel aylarında birgə Anaklia limanının tikintisinə başlayacağıq”, - deyə baş nazir bildirib.

İqtisadiyyat Nazirliyi üçün əlavə olaraq müəyyən edilmiş 70 milyon lari hava limanlarının tikintisinə sərf edilməlidir - bu, Kutaisi hava limanının yeni uçuş-enmə zolağı, Telavi hava limanı və Vaziani hava limanının dizaynı, o cümlədən tədqiqatların başa çatdırılmasıdır.

Regional İnkişaf və İnfrastruktur Nazirliyinin büdcəsi 3 milyard 400 milyon lari olacaq. “Müqayisə üçün demək istərdim ki, cənab Karseladzenin nazirliyinin büdcəsi 419% artıb, 2012-ci ildə bundan iki milyard 700 milyon lari az olub, bu çox böyük artımdır. Bütün bunlar göz qabağındadır və siz bunu görə bilərsiniz ki,

yollar, körpülər, magistrallar, magistral yollar və s. tikinti bütün ölkə üzrə sürətlə gedir.

Bütün bələdiyyələrin abadlaşdırılması, kurortların, belə deyək, abadlaşdırılması və s. 2024-cü ilə qədər çox maraqlı layihələrimiz var. 10 şəhərdə genişmiqyaslı işlərə başlayacağıq, 10 turizm şəhəri seçmişik: Borjomi, Kazbegi, Mestia, Batumi, Kutaisi, Telavi, Zuqdidi və 2024-cü ildə çox vacib yeniliklərimiz olacaq. Həmçinin, əsas magistral Rikoti aşırımında tamamlanacaq və bir sözlə, bu istiqamətdə də çox vacib yeniliklərimiz olacaq”, - Ğaribaşvili bildirib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur