“Avropanı Seç” – məqsədi Gürcüstanın Avropa gələcəyini, onun müstəqilliyini və azadlığını qorumaq olan yeni yaradılmış vətəndaş hərəkatının adı belədir. “Avropanı Seç”in təsisçiləri təhlükəsizlik üzrə mütəxəssis Xatuna Laqazidze, siyasi analitik, Tbilisi Dövlət Universitetinin professoru Lela Cecelava, Avropa siyasəti üzrə mütəxəssis Qiorqi Ruxadze, biznesmen İva Çkonia və Gürcüstan Universitetinin professoru, doktor Laşa Dzebisaşvilidir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz ictimaiyyətin geniş iştirakı ilə Gürcüstanın inkişafı üzrə uzunmüddətli planın hazırlanması üçün strateji dialoq platformasının yaradılmasını təklif edirik. Bu strategiya növbəti hökumətlər üçün əsas sənədə çevrilməlidir”, - Xatuna Laqazidze tədbir iştirakçıları qarşısında çıxış edib.
Yeni vətəndaş hərəkatının təqdimat mərasimində Gürcüstan prezidenti də çıxış edib. Salome Zurabişvili hökuməti Avropa yolundan sapmasına görə tənqid edib və ölkənin taleyinin qarşıdan gələn parlament seçkilərində həll olunacağını bildirib.
“Az vaxt qalıb, yüz gün. Yüz gün azdır, lakin cəmiyyətin öz sözünü deməsi çoxdur da. Bizdə adi seçkilər olmayacaq. Bu, hansısa seçki kampaniyası deyil, əks halda mən prezident kimi burada olmazdım. Bu, ölkənin taleyinin seçimidir. Bu, bizim gələcəyimizin seçimidir, doğrudan da referendumdur. Bu referendumda bir tərəfdən gürcü cəmiyyəti, digər tərəfdən gələcəyimizi qəsb edən hakimiyyət var. Biz bununla razılaşa bilmərik. Birləşmək lazımdır”, - Zurabişvili bildirib.
Kinorejissor Lana Ğoğoberidze, musiqiçi Nino Katamadze, dirijor və bəstəkar Nikoloz Raçveli, rejissor Levan Tsuladze, “12 mərtəbə” təşkilatı, “Tsinaprebi” qrupunun yaradıcısı və teleaparıcı Sopio Xuntsiria, “Suxişvili” ansamblının direktoru Nino Suxişvili, rəssam Qoqi Aleksi-Meşxişvili, tibb elmləri doktoru, immunoloq Qiorqi Kamkamidze, 2020-ci il Milli Müəllim Mükafatı laureatı sahibi Sopo Qoqoxia və başqaları vətəndaş hərəkatına qoşulur. Onlar manifest imzalayıblar ki, Gürcüstan yalnız düşünməklə və xəyal etməklə öz tarixi seçimini reallığa çevirə bilməz - “Avropa gələcəyini xilas etmək və ölkəni dönməz demokratiya və inkişaf yoluna qaytarmaq üçün hər birimizin fəal fəaliyyətinə ehtiyac var” .
Vətəndaş hərəkatı iyulun 18-dən oktyabrın 26-dək 100 günlük fasiləsiz “Avropa Marafonu” keçirməyi planlaşdırır, bu marafon çərçivəsində gürcü əhalisini qarşıdan gələn seçkilərin əhəmiyyəti barədə məlumatlandıracaq və emmiqrantların konsulluq qeydiyyatına alınmasına kömək edəcək.